Kiçik Qafqazın şimal-şərq hissəsinin erkən yaz florasının endemizmi və subendemizmi tədqiq edilmişdir. Ümumilikdə, Kiçik Qafqazın şimal-şərq hissəsinin erkən yaz florası beş cins və beş fəsiləyə aid olan beş növ endemik (Tulipa schmidtii, Allium szovitsii, Neotorularia eldarica, Viola caucasica və Primula woronowii), on cinsə və dörd fəsiləyə aid on növ subendemik (Gagea alexeenkoana, Tulipa eichleri, Lilium ledebourii, Ornithogalum sintenisii, Scilla caucasica, Muscari caucasicum, Iris grossheimii, Iris demetrii, Iris caucasica və Cephalanthera caucasica) ilə təmsil olunur. Bu endemik və subendemik növlər tədqiq olunan ərazi, rast gəlməsi, həyat formaları və coğrafi elementlərə görə səciyyələndirilmişdir.
ABCDE