ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
ZƏRƏFŞAN MİLLİ TƏBİƏT PARKININ RESURS POTENSİALINA MALİK NÖVLƏRİNİN POPULYASİYASI, MORFOLOJİ VƏ ANTİOKSİDANT XÜSUSİYYƏTLƏRİ
Maya M. İşmuratova, Flora D. Kabulova, Qarifa G. Qarifullina, Rimma N. Nəsrəddinova, Ayrat R. İşbirdin, Doston T. Gulboev

Məqalədə Zərəfşan Milli Təbiət Parkının ərazisində (Özbəkistan Respublikası) Hippophae rhamnoides L., Berberis integerrima Bunge və Crataegus pseudoheterophylla subsp. turkestanica (Pojark.) K. I. Chr. növlərinin populyasiyalarının mövcud vəziyyəti, morfoloji, biokimyəvi (antioksidant) forma müxtəlifliyi təqdim olunur. Artan antropogen təsir fonunda populyasiyada fərdlərin sayının və sıxlığının azalması, yaş spektrlərinin natamamlığı ilə pregenerativ (cücərti, yuvenil, immatur), generativ (gənc və yaşlı generativ) və senil fraksiyalarında cinsi quruluşun erkək fərdlərin dominantlığına doğru dəyişməsi müəyyən edilmişdir. H. rhamnoides formalarının müxtəlifliyində əhəmiyyətli dərəcədə azalması, vegetativ və reproduktiv orqanların keyfiyyət və kəmiyyət morfoloji xüsusiyyətlərinin, orqanoleptik və antioksidant aktivliyin birləşməsinə əsaslanaraq göstərilmişdir. B. integerrima növünün iki morfoloji forması müəyyən edilmişdir. Hippophae rhamnoides, B. integerrimaC. pseudoheterophylla subsp. turkestanica meyvələrindən alınan bütün şirə nümunələri antioksidant xüsusiyyətlər nümayiş etdirir və model substratın oksidləşmə sürətini 2-5 dəfə azaldır. B. integerrimaH. rhamnoides antioksidant fəaliyyəti ilə fərqlənir. H. rhamnoides formaları arasında 4, 5 və 6-cı nümunələr nisbətən yüksək antioksidant xüsusiyyətlərə malikdir. B. integerrima növününün 2 nömrəli formasının meyvə şirəsi yüksək antioksidant xüsusiyyətlər nümayiş etdirir. Tədqiq olunan növlər arasında C. pseudoheterophylla subsp. turkestanica meyvələrindən alınan şirə nisbətən yüksək antioksidant xüsusiyyətlərə malikdir.

Açar sözlər: antropogen təsir, forma müxtəlifliyi, morfoloji xüsusiyyətlər, pregenerativ, populyasiya, senil fraksiya
Ədəbiyyat

ABCDE