ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
YENİKƏND SU ANBARI ƏTRAFI BİTKİ ÖRTÜYÜNÜN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ (AZƏRBAYCAN HÜDUDLARINDA KİÇİK QAFQAZ)
Nərmin İ. Sadıqova, Rəna T. Abdıyeva, Anna L. Plaksina, Səyyarə C. İbadullayeva

Məqalədə Yenikənd su anbarının 2500 m radiusda bitkiliyi təhlil edilmişdir. Təbii bitkilik tipləri və antropogen obyektlər (aqrofitosenozlar və yaşayış məntəqələri) tərəfimizdən məsafədən zondlama metodu ilə (MZM) deşifrə edilmişdir. Tədqiqat zamanı yarımsəhra bitkiliyi, su-bataqlıq bitkiliyi, kol bitkiliyi, vahə bitkiliyi, meşə bitkiliyi (qalıqlar şəklində) kimi beş təbii bitkilik tipi və aqrofitosenozlar və yaşayış məntəqələri kimi iki antropogen obyekt müəyyən edilmişdir. Ərazinin bitkiliyinin geobotaniki tədqiqinə əsasən dörd tip (yarımsəhra, kolluq, subataqlıq, vahə), dörd formasiya sinfi, səkkiz formasiya qrupu, səkkiz formasiya və 21 assosiasiya müəyyən edilmişdir. Təsnifat işlənib hazırlanmış, yayılması, növ tərkibi, quruluşu, komponentləri arasındakı qarşılıqlı əlaqələr tədqiq edilməklə, mövcud bitkilik tiplərində senozəmələgətiricilər, dominanat və subdominant növlər, eləcə də edifikator və subedifikatorlar müəyyən edilmişdir.

Açar sözlər: antropogen bitki obyektləri, təfsir, məsafədən zondlama, bitkilik tipləri
Ədəbiyyat

ABCDE