ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
MÜƏLLİFLƏR ÜÇÜN

Müəlliflər bilməlidir ki, Plant and Fungal Research jurnalının redaktorları məqalə təqdim edilməzdən öncə onun uyğunluğuna dair yazışmada iştirak etməyəcəklər.

Ödəniş

Bu jurnal üçün heç bir ödəniş edilməyəcək.

Başlamazdan əvvəl

Nəşr və Etik təlimatlarla bağlı əlavə məlumat üçün (http://plantfungalres.az/az/content/3/) linkdən istifadə edin.

Maraqların ziddiyyəti

Müəlliflərdən işlərinə müvafiq olmayan şəkildə təsir göstərə bilən hər hansı bir faktiki və ya potensial maraq ziddiyyətini, o cümlədən digər insanlarla və ya təşkilatlarla maliyyə, şəxsi və ya digər münasibətlərini açıqlaması təklif edilir.

Təqdimat bəyanatı

Məqalənin təqdim edilməsi o deməkdir ki, təsvir olunan iş əvvəl nəşr olunmayıb (nəşr olunmuş tezis, mühazirə və ya akademik dissertasiya istisna olmaqla) və digər yerdə nəşr üçün nəzərdə tutulmur.

Müəllif hüququ

Məqalə qəbul edildikdən sonra müəlliflərdən “Nəşr Müqaviləsi”nin (Agreement_Declaration_AZ_yeni.pdf) doldurulması tələb olunacaq. Müqavilənin qəbulu məlumatın yayılmasını təmin etmək üçün nəzərdə tutulur. “ Nəşr Müqaviləsi” forması və ya bu müqavilənin onlayn versiyasına link ilə birlikdə məqalənin alınmasının təsdiqi məsul müəllifə bildiriləcəkdir.

Maliyyə mənbəyi

Müəllifdən tədqiqatın maliyyə mənbəyinin göstərilməsi, məqalənin hazırlanması, toplanması, təhlili və şərhi və çapa göndərilməsi tələb olunacaq.

Dil

Məqalə Britaniya və ya Amerikan ingilis dilində təqdim edilməlidir.

Təqdimat

Jurnala məqalə aşağıda göstərilən onlayn internet səhifəsi vasitəsilə təqdim ediləcəkdir: (lhttp://www.plantfungalres.az/). 

Hazırlıq

Wordprocessor (mətn prossesoru) proqramından istifadə: fayllar word.doc formatında saxlanmalıdır. Məqalənin mətni “Times New Roman” 11 şrifti, vərəqin hər tərəfdən (sağ-sol, aşağı-yuxarı) 2 sm yer buraxılmaqla tərtib edilməlidir.  Sətirarası intervalı 1.5 olan səhifələrin ümumi sayı tədqiqat qeydləri/qısa məlumat üçün 8 səhifədən az, tədqiqat və icmal məqalələr üçün 15 və ya 20 səhifədən çox olmamaqla qəbul edilir. Baş redaktor əlyazma təqdim edildikdən sonra əlyazmanın növünü dəyişdirə bilər. Mətn bir sütunlu olmalıdır. Əksər format işarələri məqalə ilə işləyən zamanı kənarlaşdırılmalıdır. Xüsusi ilə mətnin kənarlarını bərabərləşdirmək (Ctrl+J) və ya sözləri keçirtmək üçün wordprocessor xüsusiyyətlərindən istifadə etməyin. Lakin yağlı şrift, kursiv, üst və alt yazı (x2, x2)  istifadə edin. “Qrafiki düzəldilmiş” formul və ya cədvəllərdən istifadə etməyin. Bunları wordprocessor-dan istifadə edərək hazırlayın.

Səhvlərə yol verməmək üçün wordprocessor –un "spell‐check" və "grammarcheck" funksiyalarından istifadə etmək tövsiyə olunur.

Yarım-başlıq –nömrələnmiş hissələr

Məqalənizi aydın müəyyən olunan yarım-başlıqlara ayırın, lakin yarım-bölmələr nömrələnməməlidir.

Tezis

Tezis bir paraqraf şəklində tərtib edilir və tam məqalələr üçün 1500-1700, qısa məlumat xarakterli
məqalələr üçün isə 700-1000 işarədən ibarət olmalıdır. Tezisdə məqalənin aktuallığı mütləq qeyd
edilməlidir. Taksonların müəllifləri göstərilməməlidir. Həmçinin məqalənin sonunda azərbaycan və
rus dillərində də tezislər verilməlidir. Xarici müəlliflər üçün azərbaycan dilində tezisi jurnal təmin
edəcəkdir.

Açar söz 6-dan çox olmamalı və tezisdən dərhal sonra əlavə edilməlidir. Açar sözlər məqalənin
adını təkrar etməməlidir.  Xüsusi isimlərdən başqa bütün isimlər kiçik hərflə yazılır.
Akronimlərdən və qısaltmalardan istifadə etməyin.

Giriş

İşin məqsədini göstərin və əsaslandırın.

Material və metodlar

Nəşr olunmuş metodlara istinad edilməlidir: yalnız müvafiq dəyişikliklər təsvir edilməlidir. Bütün materiallar digərləri üçün əlçatan olmalıdır. Kommersiya mənbələri təsbit edilməli, şəxsi tədqiqatlar nəticəsində əldə olunan materiallar dərc edilməzdən əvvəl patentləşdirilməli və bütün herbarium nümunələri və kulturalar, ştammlar və ya formalar digərləri tərəfindən əldə edilə biləcək uyğun herbarium və kultura kolleksiyasında depozit edilməlidir. Bütün sekvenslər GenBank-a, ardıclıllaşdırmalar isə TreeBASE-ə yerləşdirilməlidir. Müəllif tələb olduğu halda rəyçini ardıcıllıqlarla (alingment) təmin etməlidir.

Nəticə və müzakirə

Nəticələr aydın və lokanik olmalıdır. Müzakirə nəticələrin təkrarı olmamalı və işin əhəmiyyəti göstərilməlidir.

Yekun

Tədqiqatın əsas nəticələri ayrıca Yekun bölməsi olaraq təqdim edilə bilər.

Başlıq

Başlıqlar qısa və məlumat xarakterli olmalıdır. Mümkün olan yerlərdə abbreviaturalar və formuladan istifadə etməyin. Məqalənin qısa başlığı da təmin edilməlidir.

Müəllif adları və təşkilatlar

Ad və soyadı aydın şəkildə qeyd edin. Adların altında müəlliflərin işlədiyi təşkilat ünvanlarını (faktiki işin görüldüyü yer) qeyd edin. Bütün təşkilatları və ünvanları müəllifin adından sonra göstərin.

Yazışma aparan müəllif

Müraciət, nəşr və nəşrdən sonrakı mərhələlərdə yazışmaları aparacaq şəxsi aydın şəkildə göstərin və elektron poçt ünvanını qeyd edin.

 

Abbreviaturalar

Məqalənin ilk səhifəsində qoyulacaq alt yazıda bu sahədə standart olmayan abbreviaturaları qeyd edin. Abbreviaturalardan istifadə bütün məqalə üzrə təmin edilməlidir. Məqalənin başlığı və ya abstraktda hər hansı bir abbreviaturalardan istifadə tövsiyə olunmur.

Minnətdarlıq

Tədqiqat işinə yardım edənləri (dil köməyi, yazı, məqaləni tənqidi oxumaq və s.) qeyd edin. Maliyyə təşkilatlarının adları tam yazılmalıdır.

Riyazi formula

Word proqramının Equation (düstur) funksiyasından istifadə edin.

Alt yazılar

Alt yazılardan minimum dərəcədə istifadə edilməlidir. Onları məqalədə ardıcıl şəkildə ərəb rəqəmləri (superscript, x2) ilə nömrələyin.

Cədvəl alt yazıları

Adı aydın şəkildə cədvəlin üstündə göstərin. Hər bir alt yazı cədvəlin içərisində işarə (*) və ya nömrə (1, 2, 3) ilə qeyd edilməlidir.

Cədvəl və şəkillər

Cədvəllər istisna olmaqla bütün təsvirlər (şəkillər, cizgilər, qrafiklər və s) “Şəkil” kimi qeyd edilməlidir.

Bütün şəkillərdə başlıq olmalı və nömrələnməlidir (məsələn, cədvəl 1, şəkil 2). ×, μ, η, or ν kimi simvollardan istifadə edildiyi halda, onlar Times New Roman şriftində Word proqramının simvol menyusundan istifadə edərək əlavə edilməlidir. Bütün cədvəllər və şəkillər, o cümlədən alt-şəkillər ardıcıl nömrələnməlidir. Məsələn şəkil 2a, 2b və 2c şəkil 3-dən əvvəl ardıcıl şəkildə nömrələnməlidir. Mətnin içərisində şəkillərə istinad edərkən böyük hərflə qeyd edin (Fig. 2). Cədvəl və şəkillər mətnin içərisində deyil, istinadlardan sonra yalnız mətnin sonunda verilməlidir. Şəkillərin eni 16sm olmaqla rezolusiyası 118 piksel/sm-dən az olmamalıdır. Şəkillər 600 dpi-dən az olmayan rezolusiya ilə hazırlanmalı, jpeg və ya tiff formatında saxlanmalıdır. Qrafiklər və diaqramlar 1 qalınlıqlı xətlə çəkilməlidir. Sxem, diaqram və ya cizgi formasında olan şəkillər dəyişdirilə bilən formatda təqdim edilməlidir. Şəklin çəkildiyi proqramda “save as” variantı varsa, o zaman bu *.tiff və *.jpeg və ya *.pdf kimi yaddaşda saxlanmalıdır. Bütün cədvəllər üçün Word proqramının “Create Table” funskiyasından istifadə edin. Cədvəllər hər biri ayrı vərəqdə, iki interval ilə aydın şəkildə tərtib edilməlidir. Cədvəllər sonrakı vərəqə keçdikdə, yuxarıda qeyd olunan ölçülər saxlanılmalıdır.

İstinadlar

Mətn: Mətndə bütün istinadlar aşağıdakı formada olmalıdır:

Tək müəllif: Müəllifin soyadı (inisiala ehtiyac yoxdur) və nəşr ili;

İki müəllif: hər iki müəllifin soyadı və nəşr ili;

Üç və ya daha çox müəllif: birinci müəllifin soyadı və "et al.", ardınca nəşr ili. İstinadlar birbaşa edilə bilər (və ya mötərizələrdə). İstinadlar qrupu ilk olaraq əlifba sırası, sonra isə xronolojı ardıcıllıqla verilməlidir.

Latın əlifbasında olmayan istinadlar latın əlifbası ilə verilməlidir.

Məsələn:

[Grossheim, 1952; Ibrahimov, Jones, 1995; Braun et al. 2012]

Siyahı: İstinadlar ilk olaraq əlifba sırası, sonra isə ehtiyac olduğu halda xronolojı ardıcıllıqla  verilməlidir. Bir müəllifdən eyni ildə bir çox istinad olarsa, onlar nəşr ilindən sonra  "a", "b", "c", və s. hərflərlə göstərilməlidir.

Nümunələr

Jurnal nəşrinə istinad:

Gasimov M.A., Khalilov V.S., Gasimova T.A. (2010) Wild vegetable plants of Azerbaijan and perspectives of their use. Proceedings of Society of Azerbaijan Botanists, 1: 371-396. [Qasımov M.Ə., Xəlilov V.S., Qasımova T.A. (2010) Azərbaycanın yabanı tərəvəz bitkiləri və onların istifadə olunma perspektivləri. Azərbaycan  Botaniklər Cəmiyyətinin Elmi əsərləri, 1: 371-396]

Heluta V.P., Voytyuk S.O., Chumak P.Ya. (2004) Microsphaera azaleae U. Braun, a new invasive species of the powdery mildew fungi (Erysiphales) in Ukraine. Ukr Bot J., 61 (2): 27-33. [Гелюта В.П., Войтюк С.О., Чумак П.Я. (2004) Microsphaera azaleae U. Braun – новий для України вид борошнисторосяного гриба (Erysiphales). Укр. ботан. журн., 61(2): 27-33]

Kitaba istinad:

Amano K. (1986) Host range and geographical distribution of the powdery mildew fungi. Tokyo: Japan Scientific Societies Press, 741 p.

Red book of the Republic of Azerbaijan. Rare and endangered plant and fungi species. (2013) Second edition. Baku, 676 pp. [Azərbaycan Respublikasının Qırmızı kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. (2013) İkinci nəşr. Bakı, 676 s.]

Redaktə olunmuş kitabda fəslə istinad:

Ali-zade V.M., Hajiev V.C., Kerimov V., Musaev S., Abdiyeva R. (2013) Azerbaijan. P. 73-108 In: J. Solomon, T. Shulkina, J. Schatz (Eds.), Red List of the Endemic Plants of the Caucasus. MBG Press, St. Louis, USA

Mettam, G.R., Adams, L.B. (2009) How to prepare an electronic version of your article, in: Jones, B.S., Smith , R.Z. (Eds.), Introduction to the Electronic Age. E‐Publishing Inc., New York, pp. 281– 304.

İnternet səhifəsinə istinad:

GBIF Home Page: Available from: https://www.gbif.org [13 August 2018].

Kirk P. Index Fungorum. http://www.indexfungorum.org

Nomenklatura

Taksonomiya

Taksonomik tədqiqat  Nəticə və Müzakirələr bölməsində ayrıca yarım-başlıq kimi yerləşdirilməlidir. Bu yeni elmi adlar, diaqnozlar və təsvirlər, tipləşdirmə, açarlar, nomenklatura müzakirələri, araşdırılan nümunələr və ya kulturalar barədə məlumatı ehtiva edir.

Taksonomik və ya nomenklatur məqalələr hazırlanarkən “Yosun, göbələk və bitkilərin beynəlxalq nomenklatura kodeksi (BNK)” (Shenzhen kodeksi, 2018) nəzərə alınmalıdır.

Bitkilər, həşəratlar və digər orqanizmlərin adları müvafiq kodekslərə uyğun olaraq göstərilməlidir.

Elmi adlar BNK-də göstərildiyi kimi kursivlə verilməlidir. Formal elmi adlar normal şrift ilə yazıla bilər və onları böyük hərflə yazmağa ehtiyac yoxdur (məsələn, askomisetlər, basidiomisetlər, göbələk, penisillər, pirenomisetlər). Hibridlərin adları hibrid cinsləri və ya xüsusi adlardan dərhal sonra vurma (X) işarəsi ilə qeyd edilməlidir (məsələn Melampsora X columbiana).

Məqalədə ilk dəfə istifadə edildiyi yerdə cinsin adı tam yazılmalıdır. Yeni cümlənin başlanğıcı istisna olmaqla cinsin adı təkrarlandıqda isə cins adının baş hərfi ilə qeyd edilməlidir (məsələn, Chaetomium globosum C. globosum).

Zəmanət materialı

Zəmanət materialına kultura, slayd, aidiyyəti hazırlıq materialları və herbarium nümunələri daxildir.

Tədqiqatçılara jurnalda təqdim edilən nəticələri yoxlamağa imkan yaratmaq üçün zəmanət materialı daimi olaraq saxlanmalı və onlara çıxış təmin edilməlidir. Qurudulmuş istinad nümunələri, slaydlar və (və ya) canlı kulturalar uyğun şəkildə depozitlənməlidir. Saxlanan material toplama üçün qəbul edilən akronim və növ üçün ayrılan çıxış nömrəsi ilə göstərilməlidir (məsələn: BAK10328, CBS116947).

Mənbə ölkə, əyalət və ya vilayət, yer, substrat və ya əlaqəli orqanizm, tarix və kollektorun adı barədə məlumat mütləq təqdim edilməlidir.

Molekulyar məlumatlar

Tələblərə uyğun olaraq yeni əldə edilən sekvenslər və ardıcllıqlar nəşrə qəbul edildikdən sonra ictimaiyyət üçün əlçatan olan məlumat bazalarına (GenBank və ya TreeBASE) yerləşdirilməlidir. Belə məlumat bazalarının giriş nömrələri yekun düzəliş mərhələsində məqaləyə daxil edilməlidir.

Yeni elmi adlar

Adlar, müəllif istinadları, dərəcə yağlı Roman şrifti ilə göstərilməlidir (məsələn, sp.nov.; comb.nov.).

Müəlliflər bitki adları üçün International Plant Names Index (http://www.ipni.org/index.html) və ya Tropicos (http://www.tropicos.org), göbələk adları üçün isə Index of fungorum (http://www.indexfungorum.org) və ya Mycobank  (http://mycobank.org/)   saytlarına istinad etməlidirlər.

Göbələklərə aid məqalələrdə məqalə çapa qəbul edikdikdən sonra müəlliflər yeni adları MycoBank-da qeydiyyatdan keçirməli və hər bir yeni ad üzrə MycoBank nömrələrini əldə etməlidir (bax: http://www.MycoBank.org).

Yeni elmi adların mənası növün diaqnozunun təsvirindən sonra 1-2 sıra ilə “Etym” ilə başlayaraq verilməlidir.

Bazionimlər

Bazionimlər “Bas.:” ilə başlayan yeni sətrdən göstərilir xətdən sonra formal transferrin altında və yeni bir xətdə göstərilir; bura bazionimlərin nəşr olunduğu yerin tam biblioqrafik xüsusiyyətləri daxildir.

Sinonimlər

Formal taksonomik məqalələrdə sinonimlər tarixə görə siyahıya alınmalııdır. Hər biri yeni sətrdən başlanmalı, addan sonra tipin məlumatları qeyd olunmalıdır. Sonda işlənən nümunələr qeyd edilməlidir.

Epitiplər, neotiplər və ya lektotiplər ilk dəfə təyin edildikdə, “lectotypus hic designatus”  ifadəsi qalın kursiv ilə göstərilməlidir.

İstinadlar

Mətndə istinad

Mətndə qeyd etdiyiniz hər bir istinadın istinad siyahısında da olmasına əmin olun. Mətndə nəşr edilməmiş nəticələr və şəxsi məlumatlar qeyd oluna bilər, lakin onları istinad siyahısına əlavə etməyə icazə verilmir. İstinadda “çapda” kimi qeyd etməyiniz o deməkdir ki, sənəd nəşr üçün qəbul edilib.

Veb istinad

Tam URL və istinada son müraciət edilən tarix verilməlidir. Digər məlumatlar da olduğu təqdirdə də (DOİ, müəllif adları, tarix, mənbə nəşrinə istinad, çap mənbəyi və s.) təqdim edilməlidir. Veb istinadlar arzu olunduğu halda müxtəlif başlıq altında verilə bilər və ya istinad siyahısına daxil edilə bilər.

Məlumat istinadı

İstinadlara aşağıdakılar daxildir: müəllifin adı, nəşr ili, məqalənin adı, nəşr mənbəyi, cild, səhifə nömrələri. Daimi identifikator da əlavə edilməlidir.

Təqdim olunan sənədin siyahısı:

Bu siyahı, məqalə çapa göndərilməzdən əvvəl yoxlanmalıdır.

  • E‐poçt ünvanı
  • Tam poçt ünvanı
  • Telefon və faks nömrələri
  • Bütün lazımi fayllar yüklənib
  • Açar sözlər
  • Bütün şəkil alt yazıları
  • Bütün cədvəllər (başlıq, təsvir, alt qeydlər daxil olmaqla
  • Məqalə orfoqrafik və qramatik cəhətdən yoxlanılıb
  • Bu jurnal üçün istinadlar düzgün formadadır
  • İstinad siyahısında qeyd olunan bütün istinadlar mətndə əks edilib və ya tərsinə
  • Digər mənbədən müəlliflik hüququ ilə qorunan materiallardan istifadə üçün icazə alınıb (veb daxil olmaqla)

Korrekturalar

Bir dəst korrekturalar (PDF faylı kimi) e-poçt vasitəsilə yazışma aparan müəllifə göndəriləcək və ya müəllifin özü tərəfindən yüklənməsi üçün e-poçtda link təmin ediləcəkdir. Sətir nömrələrinə istinad etməklə düzəlişlərinizi ardıcıl şəkildə göstərin. Bu hər hansı bir səbəbdən mümkün olmadığı təqdirdə, düzəlişlərinizi korrekturanızın çap nüsxəsində göstərin və səhifələri scan etməklə veb sayta yerləşdirin.

Çap

Müəllif təmənnasız məqaləsinin PDF faylını vebdən əldə edəcəkdir. Müəllif məqalə nəşr üçün qəbul edildikdən sonra onun çap variantını əlavə ödənişlə əldə edə bilər.