ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
ŞORAN SÜDLƏMƏSİ (LACTUCA SALIGNA L.) NÖVÜNÜN QATI EKSTRAKTLARININ ANTİBAKTERİAL VƏ ANTİFUNQAL AKTİVLİYİ
Emil N. Şükürlü, Sevda A. Muradova, Sara Vitalini

Tədqiqat işində Lactuca saligna L. (Şoran südləməsi) növünün müxtəlif ekstraktlarının antimikrob təsiri analiz edilmişdir. Bitkinin yarpaq və kökləri Azərbaycanın Saatlı rayonundan toplanmış, onların həm sulu, həm də etanollu ekstraktları hazırlanmışdır. Antimikrob təsirlər, Staphylococcus aureus, Escherichia coli, Klebsiella pneumoniae, Pseudomonas aeruginosa, Bacillus anthracoidesCandida albicans növünün də daxil olduğu müəyyən bakterial və göbələk ştammlarına qarşı disk-diffuziya üsulu ilə qiymətləndirilmişdir. Nəticələrə əsasən, kökün su ilə alınmış ekstraktı, xüsusilə E. coliK. pneumoniae ştammına qarşı ən güclü antibakterial təsir göstərmiş, kök və yarpaqlardan etanolla alınmış ekstraktlar isə B. antracoidesC. albicans ştammlarına qarşı orta dərəcədə aktivlik nümayiş etdirmişdir. Tədqiqat müxtəlif infeksiyaların müalicəsi məqsədilə L. saligna növünün ənənəvi təbabətdə istifadəsini dəstəkləyici mahiyyətə malikdir. Bundan əlavə, alınan nəticələrə əsasən L. saligna təbii antimikrob vasitələrin perspektivliyi baxımından əhəmiyyətlidir və bu səbəbdən onun qeyd edilən xassələrinə cavabdeh olan təsiredici birləşmələri ayırmaq və identifikasiya etmək məqsədilə silsilə tədqiqatlar aparılmalıdır. Mövcud tədqiqat yeni antimikrob birləşmələrin axtarışında, xüsusən də dərman vasitələrinə davamlı patogenlərə qarşı bitki əsaslı alternativlərin araşdırılmasına töhfə verir.

Açar sözlər: antibakterial vasitələr, antimikrob aktivlik, disk-diffuziya metodu, mikrobların inhibirləşməsi, bitki ekstraktları, xalq təbabəti
Ədəbiyyat

ABCDE