ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
TÜRKİYƏDƏ AKÇAABAT (TRABZON) QIJI FLORASINA TÖHFƏ
Ceyda Demirtaş, Nevzat Batan, Zeynep Gizem Yılmaz, Hüseyin Erata

Bu araşdırmada Trabzon vilayətinin sosial-iqtisadi töhfələri baxımından əhəmiyyətli olan Sera Gölü Təbiət Parkına daxil olan Akçabaat rayonunun qıjı florası qiymətləndirilmişdir. 2024-cü ildə təbiət parkından qıjılar toplanmış və onların müxtəlif morfoloji xüsusiyyətləri, o cümlədən yarpaq və gövdəsi laboratoriya şəraitində tədqiq edilmişdir. Təyinat məlum floralar üzrə təyinedicilərdən istifadə etməklə aparılmışdır. Nümunələr Aspleniaceae (Asplenium scolopendrium L., A. trichomanes L., A. adiantum-nigrum L.), Polypodiaceae (Polypodium vulgare L.), Equisetaceae (Equisetum arvense L.), Pteridaceae (Pteridium aquilinum (L.) Kuh), Dennstaedtiaceae (Adiantum capillus-veneri L.). fəsilələrinə aid yeddi növ olaraq müəyyən edilmişdir. Ölkədə ilk dəfə qıjıların sporangium və spor strukturları ətraflı tədqiq edilmişdir.

Açar sözlər: biomüxtəliflik, pteridofit, SGTP, növ, sporangium, spor
Ədəbiyyat

ABCDE