ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
AZƏRBAYCAN HÜDUDLARINDA KİÇİK QAFQAZIN ŞİMAL-ŞƏRQ BÖLGƏSİNİN ERKƏN YAZ FLORASININ İLKİN ARAŞDIRILMASI
Pərvanə X. Qaraxani, Arzu Y. Hüseynova, Aynur S. Mehdiyeva, Şəhla N. Mirzəyeva, Nigar Ç. Zeynalzadə, Pərvin N. Ağayeva, Çiçək M. Əkbərova

Kiçik Qafqazın şimal-şərq ərazisinin erkən yaz və yay florası öyrənilmiş, burada yayılmış yabanı ot bitkilərinin taksonomik təhlili verilmişdir. Ərazinin tədqiqi nəticəsində 17 fəsilə və 39 cinsə aid 52 növ və 3 yarımnöv müəyyən edilmişdir. Onların arasında Traunsteinera sphaerica Schltr.,  Dactylorhiza romana (Sebast.) Soó, Anacamptis coriophora (L.) R.M. Bateman, Pridgeon & M.W. Chase, Colchicum mirzoevae (Gabrieljan) K. Perss., Iris caucasica Hoffm., Iris pumila L., Iris paradoxa Steven., Iris alexeonoi Grossh., Iris camillae Grossh., Iris helena K. Koch., Platanthera bifolia (L.) Rich. nadir növlərdir və Azərbaycanın Qırmızı Kitabının üçüncü nəşrinə daxil edilmişdir. Eyni zamanda, tədqiq olunan ərazidə Centaurea aucheri (DC) Wagenitz, Oxalis corniculata L., Euphorbia peplus L. növlərinin yeni yayılma sahələri aşkar edilmiş, GPS koordinatları əsasında xəritələr tərtib edilmişdir.

Açar sözlər: biomüxtəliflik, endemik və nadir növlər, Göygöl, yeni yayılma sahəsi, nümunə
Ədəbiyyat

ABCDE