ETİK STANDARTLAR
Plant & Fungal Research jurnalı ən yüksək etik standartlara malikdir. Bütün müəlliflər, rəyçilər, redaktorlar və həm-redaktorlar aşağıda verilən etik qaydalara cavab verməlidir. Etik standartlarla bağlı hər hansı şübhə olduqda, jurnalın baş redaktoru ilə əlaqə saxlamaqda tərəddüd etməyin: http://plantfungalres.az/az/content/5
Müəllifin məsuliyyətləri
- Müəlliflər, xüsusilə müəlliflik, plagiat, rəqəm manipulyasiyası, rəqabət maraqları və tədqiqat etiklərinin standartlarına müvafiqlik ilə əlaqədar nəşrə dair etik qaydalara agah olmalı və ona riayət etməlidirlər.
- Müəllif(lər)dən məqaləni təqdim etməzdən öncə Jurnalın “Müəlliflər üçün” bölməsini diqqətlə oxumaları və təlimatlara riayət etmələri tələb edilir.
- Müəllif(lər)dən təqdim etdikləri məqalənin (və ya onun hər hansı bir hissəsinin) digər yerdə nəşr üçün nəzərdə tutulmamasını və ya artıq nəşr edilməsini (belə olduqda məqalədə müvafiq işlərə istinad edilməlidir) bəyan etməsi tələb olunur.
- Müəllif(lər) məqalənin orijinal olmasına, yüksək elmi standarta əsasən hazırlanmasına və istinadların qəbul edilən formada edilməsinə zəmanət verir.
- Müəllif(lər) bütün müəlliflərin məqalənin hazırlanmasında fəal iştirak etmələrini, tədqiqatın planlaşdırılması, məlumatın toplanması və nəticələrin şərhinə əhəmiyyətli dərəcədə töhfə vermələrini, məqaləni yazmaları və ya ona tənqidi düzəlişləri etmələrini və təqdim olunan yekun variantı təsdiq etmələrini təmin etməlidir(lər).
- Müəllif(lər) məqalənin müəllifi kimi siyahıya alınan bütün şəxslərin bundan məlumatlı olmasını və buna razılaşmasını və müəlliflik meyarına cavab verən heç bir şəxsin unudulmamasını təmin etməlidir.
- Müəllif(lər) məqalənin hazırlanması və yazılmasında iştirak edən bütün müəlliflərin məqalənin düzəlişindən sonra onun onlayn Açıq Çıxış (Open Access) və çap edilmiş versiya kimi nəşr edilməsinə və müəlliflərin adları, ünvanları və məsul müəllifin e-poçt ünvanının məqalə ilə birlikdə nəşr edilməsinə razı olmalarını təmin etməlidir(lər).
- Müəllif(lər)dən təqdim olunan məqalə ilə bağlı maliyyə mənbələrini dəqiq şəkildə göstərilməsi tövsiyyə olunur.
- Müəllif(lər)dən müəlliflik hüququ formasına daxil olan bütün şərtləri dəqiq şəkildə oxumaları və təqdimat prosesində müəlliflik hüququnu qəbul etmələri tələb olunur.
- Müəllif(lər) məqalədə istifadə olunan bütün məlumatın etik tədqiqat standartlarına uyğun olmasını bəyan (Bəyannamə) etməlidir(lər). Onlar yerinə yetirilən bütün eksperimentlərin beynəlxalq qanun və qaydalara cavab verməsini təmin etməlidirlər.
- Məqalə təqdim edərkən Müəlliflərə hər hansı maraq ziddiyyətinə yol verməmək üçün xüsusi ilə digər institut və ya ölkələrdən maksimum üç rəyçini təklif etmələri tövsiyyə olunur. Təklif olunan rəyçilərin aid olduqları institutların ünvanı və elektron poçt ünvanları göstərilməlidir.
- Müəllif(lər)dən nəşr prosesi ərzində qarşılaşdıqları maraq ziddiyyətini göstərmələri tələb olunur.
- Müəllif(lər) məqaləyə düzəlişlər edilməsinə və ya çapdan geri götürməsinə ehtiyac olduğu halda redaktorla əməkdaşlıq etməlidirlər. Nəşr edilmiş məqalədə aşkar olunan hər hansı səhv barəsində dərhal redaktora məlumat verilməlidir.
- Məqalə sistemə daxil edilməzdən əvvəl jurnalın tələblərinə əsasən formatlanmalıdır. Məqalə redaksiya təlimatlarına cavab vermədikdə, Jurnalın Redaktoru tərəfindən qəbul edilməyə bilər.
Baş və köməkçi redaktor(lar)ın öhdəlikləri
- Redaktor AMEA tərəfindən təyin edilir.
- Baş redaktor təqdim olunan məqaləni qəbul etmək və ya ondan imtina etmək səlahiyyətinə malikdir. Baş redaktor bu məsuliyyəti redaktor müavininə həvalə edə bilər.
- Redaktorlardan (baş və köməkçi redaktor) on iş günü ərzində təqdim olunan məqaləni almasını təsdiq etməsi və səmərəli, ədalətli və tam vaxtında rəyə göndərilmə prosesini təmin etməsi tələb olunur.
- Redaktordan müəyyən vaxt müddətində düzgün redakiya qərarlarını verməsi, onları aydın və konstruktiv şəkildə məlumat verməsi tələb olunur.
- Redaktordan yalnız jurnalın əhatə dairəsinə və məqsədinə tam cavab verən məqaləni nəzərdən keçirməsi tələb olunur.
- Redaktordan müəllif(lər)in irq, cins, dini etiqad, etnik mənşə, vətəndaşlıq və siyasi baxışlarından asılı olmayaraq təqdim olunan bütün məqalələrə eyni münasibət göstərməsi tələb olunur.
- Baş redaktor və onun müavininin hər hansı maraq ziddiyyətinə yol verməməsi tələb olunur.
- Redaktordan yalnız yüksək keyfiyyətə malik məqalələrin rəyə göndərilməsi və nəşrini təmin etməsi tələb olunur.
- Redaktor və redaksiya heyəti nəzərdən keçirilən məqalə haqqında məlumatı peşəkar məsləhət ala biləcəyi şəxslərdən başqa heç bir kəsə yaymamalıdır.
- Redaktor Müəllif(lər)in intellektual müstəqilliyinə hörmət etməlidir.
- Baş redaktor məqalənin müəllifi olduğu təqdirdə, redaksiya məsuliyyəti redaktor müavininin üzərinə düşəcəkdir.
- Redaktorun mövcud və ya təxmin edilən maraq ziddiyətlərinə yol verməməsi tələb olunur.
- Redaktor təqdim olunan hər bir məqalə üçün ən azı iki müvafiq rəyçi təyin etməlidir. Rəyçilərin iradları mübahisəyə səbəb olduqda, obyektivliyi təmin etmək üçün məqalə üçüncü müstəqil rəyçiyə göndərilməlidir; üçüncü rəyçi kimi redaktor və ya digər institut təyin edilməlidir. Məqalənin istiqaməti haqda qısa məlumat verən, orijinallığı, elmi/tədqiqat dəyəri, məqsədi, metodu, əldə olunan nəticələri göstərilən, müzakirə edilən, istinadları qeyd edilən və peşəkar ingilis dilində hazırlanan rəylər müvafiq hesab oluna bilər.
- Redaktordan rəyçiləri təyin etmək tələb olunur.
- Redaktor bütün rəyçilərin identifikasiyasını məxfi saxlamalıdır.
- Redaktor müəllifin icazəsi olmadan təqdim olunan məqalənin tərkibinin hər hansı bir hissəsini öz gələcək tədqiqatı üçün istifadə etməməlidir.
- Redaktor, təqdim olunan və ya nəşr olunan məqalə ilə bağlı etik problemlər yarandıqda dərhal münasibət bildirməli və düzgün tədbirlər görməlidir.
Məqalələrin rəyə göndərilməsi prosesi
- Jurnalın nəzərdən keçirilməsi prosesi “İkili anonimlik” prosesidir, bu o deməkdir ki, həm rəyçi, həm də müəllifin kimliyi rəy prosesində gizli saxlanılır.
- Rəyçilər Baş Redaktor və ya Redaktor müavini tərəfindən təyin edilir, lakin rəyçilər üçün təkliflər müəlliflərdən gələ bilər (məqalənin təqdimatı zamanı üç potensial rəyçi təklif edə bilər).
- Maraq ziddiyyəti ilə bağlı hər hansı bir şübhə dərhal şübhələnən şəxs tərəfindən Baş Redaktor və ya Redaktor müavininə bildirilir.
Rəyçilərin məsuliyyətləri
- Rəyçi(lər) təqdim olunan məqalə üzrə vaxtında düzgün qiymətləndirmə apara biləcək ekspertlərə həvalə edilməlidir:
- Rəyçilərə, məqaləni oxumaq təklif edildikdən sonra məqaləyə rəy verməkdə səriştəsizlik hiss edərlərsə və ya məqaləni vaxtında çatdırmaqda çətinlik çəkərlərsə, bu haqda Redaktor(lar)a məlumat verməlidir. Məqalə nəzərdən keçirilmə üçün qəbul edildikdən sonra Rəyçi(lər)dən rəyin ən azı üç ay ərzində hazırlamaları tələb olunur.
- Rəyçi(lər) bütün rəylərini ingilis dilində yazmalı və məqalənin istiqaməti, orijinallığı və elmi/tədqiqat dəyəri, məqsədi, metodologiyası, əldə olunan nəticələri, müzakirəsi, istinadları və peşəkar ingilis dili üzrə iradlar bildirməlidirlər.
- Məqalə ilə bağlı mümkün maraq ziddiyyəti olarsa, rəyçi bu haqda redaktor(lar)a məlumat verməlidir.
- Rəyçi(lər) məqaləni nəzərdən keçirə bilmədikdə digər mütəxəssisi təklif edə bilərlər. Lakin onlar Redaktor(lar)a xəbər vermədən məqalənin nəzərdən keçirilməsini kolleqalarına həvalə edə bilməzlər.
- Rəyçi(lər) məqalə ilə məxfi şəkildə davranmalı və nəzərdən keçirilən məqalə nəşr olunmazdan öncə onun hər hansı tərkibini öz gələcək tədqiqatında istifadə etməməlidir(lər).
- Rəyçi(lər)in əsas vəzifəsi müvafiq qayğı və diqqət göstərməklə məqalənin keyfiyyətini artırmaq, ona obyektiv və konstruktiv tənqidi yanaşmaqdan ibarətdir.
- Rəyçi(lər) rəyə göndərilmiş məqalə ilə digər nəşr olunan və ya başqa jurnalda çap üçün nəzərdə tutulan məqalə arasında oxşarlıq tapdıqda bu barədə Redaktor(lar)a məlumat verməlidir.
Qeyri-etik davranışla bağlı məsələlərin həlli prosedurları
- Etik davranışların pozulması ciddi qəbul olunur və bunun üçün tam tədqiqat aparılacaqdır.
Qeyri-etik davranışın müəyyən edilməsi
- Yanlış və qeyri-etik davranış müəyyən edilərsə, istənilən vaxt redaktor və naşirin diqqətinə çatdırıla bilər.
- Bu cür davranış haqda redaktor və naşirə məlumat verən şəxs məsələnin araşdırılması üçün kifayət qədər məlumat və sübutu təmin etməlidir.
- Bütün məlumatlar düzgün qərar verilənə və həll edilənədək ciddi qəbul edilməli və uyğun şəkildə davranılmalıdır.
Tədqiqat və həll
- Redaktor yanlış davranışdan şübhələnərsə müvafiq tədbirlər görməlidir. O öz qərarını naşir ilə müzakirə edə bilər.
- Bu öhdəlik nəşr olunan və olunmayan məqalələrə tətbiq edilir.
- Redaktor(lar) və rəyçi(lər) cəzalandırıcı təsirdən çox öyrədici təsiri malik olan tənqidi qiymətləndirici rəy hazırlamalıdır.
Kiçik pozuntular
- Kiçik yanlış davranışa çox əhəmiyyət verilməməlidir. Hər bir hadisədə müəllif(lər)ə iddiaları cavablandırmaq və əsaslı izahat etmək imkanı verilməlidir.
Ciddi pozuntular
- Ciddi yanlış davranışlara yol verən rəyçilər bu öhdəlikdən azad olunacaqlar.
- Məqbul etik standartlar yanlış başa düşüldükdə və ya düzgün tətbiq edilmədikdə Müəllif(lər) və ya rəyçi məlumatlandırılmalıdırlar.
Müəllif(lər) və ya rəyçi(lər)ə mümkün gələcək fəsadlar haqqında məlumat vermək üçün yanlış davranışı əhatə edən ətraflı xəbərdarlıq məktubu göndərilməlidir.
Nəşr etikası və sui istifadə halları haqqında qaydalar
”İnformasiya Texnologiyaları Problemləri’’ jurnalı və onun elmi redaktorları nəşr fəaliyyətinin bütün mərhələlərində ədalətli və peşəkar iş icra etməyi öhdəliklərinə götürürlər. Jurnalın nəşrində iştirak edən bütün tərəflərin (müəlliflər, jurnalın redaktorlar, rəyçilər və nəşriyyatçı) gözlənilən etik qaydalara əməl etmələri tələb olunur. Jurnalın etik qaydaları “Nəşriyyat Etikası Komitəsi”nin (COPE) tələblərinə əsasən hazırlanmışdır.
1. Redaktorların vəzifələri
Əlyazmanın nəşri haqqında qərarların qəbulu
Jurnalın redaktoru jurnalın redaksiyasına daxil olan məqalələrin seçilməsi ilə bağlı məsuliyyət daşıyır. Redaktor jurnalın redaksiya heyətinin siyasətini rəhbər tuta bilər və qanuni tələblərə uyğun olaraq böhtan, müəlliflik hüququnun pozulması və plagiatlıq kimi halları aşkarlaya bilər. Redaktor bu sahədə qərar verərkən digər redaktor və ya rəyçilərlə məsləhətləşə bilər.
Ədalətlilik
Redaktor müəllifin irqindən, cinsindən, cinsi mənsubiyyətindən, dinindən, etnik mənsubiyyətindən, vətəndaşlığından və siyasi baxışlarından asılı olmayaraq əlyazmaların intellektual məzmununu qiymətləndirir.
Konfidensiallıq
Redaktor və redaksiya heyətinin üzvləri qəbul olunan əlyazma haqqında məlumatı müəlliflər, rəyçilər, digər redaksiya məsləhətçiləri və nəşriyyatçıdan başqa heç kimə açıqlamamalıdır.
Maraqların toqquşması
Məqalələr redaktor və ya redaksiya heyətinin üzvləri tərəfindən müəllifin yazılı razılığı olmadan tədqiqat məqsədləri üçün istifadə oluna bilməz. Redaktorun hər hansı bir müəllif, təşkilat və ya şirkət ilə əməkdaşlıqdan, rəqabətdən və ya digər münasibətlərdən irəli gələn münaqişələri olduqda, həmin redaktor bu məqalələrin qiymətləndirilməsindən imtina edir və bu redaksiya heyətinin digər üzvlərinə həvalə olunur.
2. Rəyçilərin vəzifələri
Redaksiya qərarlarına dəstək
Rəy prosesi redaktor və redaksiya heyətinə redaksiya qərarlarının qəbul olunmasına dəstək verir, eyni zamanda müəllifə məqalənin təkmilləşdirmək üçün imkan yaradır.
Rəyçilikdən imtina
Seçilmiş hər hansı rəyçi özünü məqaləyə rəy vermək üçün hazır olmadığını və ya tələb olunan müddətdə rəy verməyin mümkün olmadığını hesab edərsə, bu barədə redaktoru məlumatlandırmalı və ya rəyvermə prosesindən imtina etməlidir.
Konfidensiallıq
Rəy üçün qəbul olunnmuş hər hansı əlyazma konfidensial sənəd kimi dəyərləndirilməlidir. Onlar redaktor tərəfindən səlahiyyətləndirilmiş şəxslərdən başqa digərləri ilə müzakirə oluna bilməz.
Obyektivlik
Rəy prosesi obyektiv icra edilməlidir. Müəllifin şəxsiyyətini tənqid etmək yolverilməzdir. Rəyçilər öz fikirlərini əsaslandırmalıdırlar.
İstinadlar
Rəyçilər müəlliflər tərəfindən başqalarına aid olan, lakin istinad edilməmiş fikirləri aşkar etməlidirlər. Əvvəlcədən digər müəlliflər tərəfindən nəşr olunmuş tədqiqat nəticələrinə istinad olunmalıdır. Rəyçi əlyazmalar arasında hər hansı oxşarlıq aşkar etdikdə, bu halı redaktorun diqqətinə çatdırılmalıdır.
Maraqların toqquşması
Müəllifin yazılı razılığı olmadan onun nəşr olunmamış materialı rəyçinin öz tədqiqatında istifadə oluna bilməz. Rəy prosesində əldə olunmuş məlumat və ideyaların konfidensiallığı qorunmalı və şəxsi məqsədlər üçün istifadə olunmamalıdır. Rəyçilər hər hansı bir müəllif, təşkilat və ya şirkət ilə əməkdaşlıqdan, rəqabətdən və ya digər münasibətlərdən yaranan münaqişələr mövcud olduqda müvafiq əlyazmalara rəyçilikdən imtina etməlidirlər.
3. Müəlliflərin vəzifələri
Nəticələrin hesabatı
Orijinal tədqiqatın müəllifləri tədqiqat işi haqqında dəqiq hesabatı, eləcə də, onun aktuallığının obyektiv müzakirəsini təqdim etməlidir. Tədqiqat işində istifadə olunmuş verilənlər dəqiq təsvir olunmalıdır. Məqalə digərlərinə ondan faydalanmaq üçün kifayət qədər detalları və istinadları əhatə etməlidir. Saxtakarlıq və qeyri-dəqiq məlumatlar yolverilməzdir. Rəy və nəşr olunacaq məqalələr dəqiq və obyektiv olmalı, redaksiya heyətinin rəyləri açıq ifadə olunmalıdr.
Əlyetərlik və saxlama
Redaksiya müəlliflərdən tədqiqatda istifadə olunan məlumatların təqdim edilməsini tələb edə bilər və müəyyən vaxt ərzində bu məlumatları saxlamaq üçün müraciət oluna bilər.
Orijinallıq və Plagiatlıq
Müəlliflər orijinal məqalələr təqdim etməli, digər müəlliflərin məqalələrinə müarciət etdikləri halda istinaddan və sitatdan istifadə etməlidirlər.
Təkrarçılıq və paralel nəşr
Müəllif eyni tədqiqat işini əhatə edən əlyazmanı birdən çox jurnalda nəşr edə bilməz. Eyni əlyazmanı birdən çox jurnala təqdim etmək qeyri-etik nəşriyyat fəaliyyətidir və qəbuledilməzdir. Ümumiyyətlə, müəllif əvvəllər nəşr olunmuş məqaləni digər jurnallara təqdim edə bilməz.
İstinadlar
Digər müəlliflərin məqalələrinə müraciət edildikdə istinad göstərilməlidir. Müəlliflər tədqiqat işininin mahiyyətini müəyyənləşdirən nəşrlərə istnad etməlidirlər. Üçüncü tərəf ilə müzakirə, əməkdaşlıq zamanı əldə edilmiş məlumat mənbənin açıq razılığı olmadan istifadə oluna bilməz. Əlyazmalara qrant müraciətləri kimi konfidensiallıq tələb edən xidmətlər göstərərkən əldə olunan məlumat müvafiq müəlliflərin yazılı razılığı olmadan istifadə oluna bilməz.
Həmmüəlliflik hüququ
Müəlliflik təqdim edilmiş tədqiqatın konsepsiyasına, dizaynına, yerinə yetirilməsinə və ya şərhinə əhəmiyyətli töhvələr vermiş şəxslərlə məhdudlaşdırılmalıdır. Əhəmiyyətli töhvələr vermiş bütün şəxslər həmmüəllif hesab olunmalıdır. Tədqiqatın hansısa mərhələlərində iştirak etmiş digər şəxslər öz razılıqları olmaqla həmmüəllif kimi qeyd olunmalıdır. Müəllif məqalənin son variantının bütün həmmüəlliflər tərəfindən baxılmasına, təsdiq olunmasına və nəşr üçün təqdim olunmasına birbaşa məsuliyyət daşıyır.
Maraqların toqquşması
Bütün müəlliflər öz əlyazmalarında maraqların toqquşmasına səbəb ola biləcək məsələləri (əlyazmanın şərhinə və ya tədqiqat nəticələrinə təsir edə biləcək maliyyə və və s.), qeyd etməlidirlər. Elmi tədqiqat layihəsinin yerinə yetirilməsinə dəstək verən bütün maliyyə mənbələri dəqiq qeyd olunmalıdır. Açıqlanması zəruri olan potensial münaqişə səbəblərinə bəzi nümunələrə iş yerinin maraqları, məsləhətçi təşkilatların maraqları, mülkiyyət məsələləri, qonorarlar, ödənilmiş ekspert şahidliyi, patent müraciətləri və qeydiyyatları, qrantlar və digər maliyyə məsələləri daxildir. Maraqların toqquşmasına səbəb ola biləcək məsələlər nəşr prosesinin ilkin mərhələlərində açıqlanmalıdır.
Nəşr olunmuş məqalələrdə başlıca səhvlər
Çap olunmuş məqaləsində mühüm səhv və ya qeyri-dəqiqliq aşkar etdikdə, redaktor və ya nəşriyyatçını bu barədə təcili məlumatlandırmaq və ya redaktor ilə səhvi düzəltmək ya da məqaləni geri qaytarmaq üçün əlaqə saxlamaq müəllifin vəzifəsidir. Əgər redaktor və ya nəşriyyatçı məqalədə hər hansı mühüm səhvin olduğunu üçüncü tərəfdən öyrənərsə, məqaləni geri çəkmək, düzəltmək və ya məqalənin düzgünlüyü barədə sübüt təqdim etmək müəllifin öhdəliyinə düşür.