ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
ŞAHDAĞIN ƏTRAF ƏRAZİLƏRİNİN ALP LANDŞAFTLARININ FLORASININ DOMİNANT NÖVLƏRİ, ONLARIN EKOLOJİ TƏHLİLİ VƏ ENDEMİZMİ
Elman F. Yusifov, Fərəh F. Əmrahova

Tədqiqat nəticəsində Şahdağın (Böyük Qafqazın şərq hissəsi) ətraf ərazilərinin florasının alp landşaftlarında 2 sinif, 31 fəsilə və 72 cinsə aid 103 bitki növü təsvir edilmişdir. Qeydə alınmış növlərə əsasən Asteraceae (15), Caryophyllaceae (8), Fabaceae (7), Boraginaceae (7), Ranunculaceae (6) fəsilələri üstünlük təşkil edir. Ərazidə rast gəlinən beş fəsilə (Caprifoliaceae, Apocynaceae, Amaranthaceae, Geraniaceae, Orobanchaceae, Valerianaceae) tək növlə təmsil olunur. Onların arasında Vincetoxicum rehmannii Boiss. Şimali və Cənubi Qafqaz üçün subendemikdir və Erodium fumarioides Steven yalnız Cənubi Qafqazda yayılmışdır. Yerli flora yüksək (60%) endemizmə malikdir. Burada yayılmış 103 növdən 42-si geniş areala malikdir, qalan 61 növ isə müxtəlif statuslu endemiklərdir. Bunlardan 24-ü makroendemik növ kimi xarakterizə oluna bilər və Qafqazda, İranda və Türkiyədə yayılmışdır, 35 növ Qafqaz, bir növ Cənubi Qafqaz (Erodium fumarioides Steven) və bir növ Azərbaycan (Astragalus kubensis Gross.) üçün endemikdir.

Açar sözlər: biomüxtəliflik, yayılma, geobotaniki tədqiqatlar, bitki, növ
DOI:
Ədəbiyyat

ABCDE