ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
AZƏRBAYCANDA YAYILAN RHUS CORIARIA L. TOXUM YAĞININ YAĞ TURŞU TƏRKİBİ
Aygün E. Abbasova, Eldar N. Novruzov, Aydan M. Zeynalova, Elnurə E. Cəfərova

Azərbaycan florasında Sumaqkimilər fəsiləsinə aid olan Rhus L. cinsi bir növ - Aşı sumaq (Rhus coriaria L.) ilə təmsil olunur. Qədim zamanlardan bitkinin müxtəlif orqanlarından dərinin aşılanması, dərman məqsədləri üçün, tekstilin rənglənməsi üçün  istifadə edilir. Meyvələr müxtəlif bioloji fəal maddələrlə zəngindir, onlardan ət və balıq üçün dadlandırıcı kimi geniş istifadə olunur. Aşı sumaq növünün toxumlarından alınan yağın yağ turşularının keyfiyyət və kəmiyyət tərkibi, fiziki-kimyəvi xüsusiyyətləri tədqiq edilmişdir. Yağ turşularının metil efirlərinin keyfiyyət  və kəmiyyət tərkibi alov ionlaşma detektoru olan HP 6890 seriyalı xromatoqrafdan istifadə etməklə müəyyən edilmişdir. Xromatoqrafik tədqiqatlar nəticəsində yağın tərkibində 15 yağ turşusunun olması müəyyən olunmuşdur. Yağın tərkibindəki ayrı-ayrı yağ turşularının miqdarı ümumi miqdarın 0.04%-dən 57.91%-ə qədər dəyişilir. Yağ turşularının əsas hissəsini (97.56%) palmitik (7.34%), olein (29.14%), stearin (3.17%) və linolen (57.91%) turşuları təşkil edir. Yağ turşularından ilk dəfə olaraq sumaq yağı üçün miristik, eikoz, palmitik, eikosatetren, araxidon və heptadekanoik turşuları müəyyən edilmişdir. Yağın fiziki-kimyəvi xüsusiyyətlərini öyrənərkən məlum olmuşdur ki, Rhus coriaria L. toxumundan alınan yağ aşağıdakı göstəricilərə malikdir: sabunlaşma ədədi - 192, sərbəst yağ turşularının miqdarı - 0,44%, peroksidin sayı  - 4.52,  yod sayı  - 128, fosfor tərkibli maddələrin çəki payı - 303 - mq /kq. 

Açar sözlər: Anacardiaceae, sərbəst yağ turşuları, qaz xromatoqrafiya, toxum, yağ turşuları, peroksid ədədi, sabunlaşma ədədi, sumax
Ədəbiyyat

ABCDE