ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
AZƏRBAYCANDAN TOPLANAN ARTEMISIA MARSCHALLIANA SPRENG-DƏN α-SANTONİNİN İDENTİFİKASİYASI
Elvin G. Kərimli, Səyyarə C. İbadullayeva, Adilə N. Ələsgərova

Artemisia L. cinsinə aid bitkilər bioloji aktiv ikincil metabolitlərin zəngin mənbəyidir. Artemisia cinsinə aid bitkilərin ikincil metabolitlərinin fitokimyəvi tədqiqi onların əsasında, xüsusən seskviterpen laktonların, şişəleyhinə (artemisinin və onun törəmələri; arqlabin), ateroskleroz əleyhinə (leykomizin (Oliqvon preparatı)), kardiotonik (tauremizin), qurdəleyhinə (α-santonin) və malyariya əleyhinə (artemisinin və onun törəmələri) dərmanların yaranmasına səbəb oldu. Tədqiqat işi A. marschalliana Spreng. yerüstü hissəsinin  kimyəvi tərkibinin tədqiqinə həsr edilmişdir. İlk dəfə olaraq butonizasiya mərhələsində Azərbaycan Respublikasının Araz çayının ətrafından yığılmış A. marschalliana yerüstü hissəsindən evdesmanolid qurluşlu seskviterpen lakton izolə olunaraq identifikasiya edilmişdir. Maddənin fiziki-kimyəvi xassələrinin öyrənilməsi spektral UV, IR, 1Н, 13C, 13C Dept 45, 13C DEPT 90, 13C DEPT 135 NMR üsullarla və onların nəticələrinin elmi ədəbiyyat məlumatları ilə müqayisəsinə əsasən aparılmışdır. Nəticədə maddə element tərkibi С15Н18О3, ə.t. 170-172°С. olan α-santonin kimi identifikasiya edilmişdir. Nəticələr həm maddənin substansiyasının əldə edilməsində,  onun identifikasiyasında, eləcədə Artemisia L. cinsinin növlərinin xemotoksanomik təsnifatında istifadə oluna bilər. 

Açar sözlər: xromotoqrafiya, evdesmanolid, ekstraksiya, seskviterpen lakton, infraqırmızı (-İQ), ultrabənövşəyi (-UB), PMR, 13C NMR, 13 C DEPT 135, 90, 45 spektroskopiya
Ədəbiyyat

ABCDE