Məqalədə Azərbaycanda son zamanlar aşkar edilmiş dörd yeni növ haqqında məlumat verilir. Bunlar müxtəlif ekostemlərdə rast gəlinən iki askomiset (Morchella semilibera DC., Sarcosphaera coronaria (Jacq.) J. Schröt) və iki bazidiomiset (Leccinum scabrum (Bull.) Grey, Pisolithus arhizus (Scop.) Rauschert) növlərdir. M. semilibera DC., L. scabrum yeməli, S. coronaria, P. arhizus və L. scabrum ektomikorizal, M. semilibera saprobdur. Bu növlər Azərbaycanın Qırmızı Kitabının növbəti nəşri üçün tövsiyə olunur. Məqalədə hər bir növ üçün qısa məlumat və orijinal fotoşəkillər verilir.
ABCDE