ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
Tatar südləməsi (Lactuca tatarica (L.) C.A. Mey.) növünün müxtəlif hissələrinin quru ekstraktlarının antibakterial və antifunqal aktivliyi
Emil N. Şükürlü, Adilə N. Ələskərova, Sevda A. Muradova

Lactuca tatarica yarpaqlarının və köklərinin etanol və distillə su ilə, yarpaqlarının isə əlavə olaraq asetonla alınmış ekstraktlarının klinik əhəmiyyətli standart mikroorqanizm ştammlarına (Candida albicans, Staphylococcus aureus, Escherichia coli, Pseudomonas aeruginosa, Klebsiella pneumoniae, Bacillus anthracoides) qarşı antimikrob aktivliyi tədqiq edilmişdir. İşçi məhlulların hazırlanması üçün etanol və asetonla alınmış quru ekstraktlar 100%-li DMSO-da həll edilmişdir, su ilə alınmış ekstraktlar isə distillə suda həll edilmişdir. 150 mq/ml və 75 mq/ml -lik konsentrasiyalı ekstrakt məhlulları hazırlanmışdır. Antimikrobial həssaslıq testi disk diffuziya üsulu ilə həyata keçirilmişdir. Nəticədə həm qram-müsbət, həm də qram-mənfi bakteriyalara, həmçinin tədqiq olunan göbələyə qarşı etanolla alınmış quru ekstraktların inhibitor effekti göstərdiyi müşahidə olunmuşdur. Lakin, yarpaqlardan su ilə alınmış quru ekstrakt yuxarıda qeyd olunan mikroorqanizmlərə qarşı heç bir təsir göstərməmişdir. Fərqli olaraq, in vitro St. aureus-un inkişafını köklərdən su ilə alınmış quru ekstrakt inhibə etmişdir. Hindistan və Çin xalq təbabətində tədqiq olunan bitkinin hissələri ənənəvi olaraq istifadə edilmişdir. Bitkilərdən əldə edilən mikrob əleyhinə maddələr böyük müalicəvi potensiala malikdir. Onlar yoluxucu xəstəlikləri effektiv şəkildə müalicə edərkən, eyni zamanda sintetik alternativlərdə tez-tez rast gəlinən bəzi əlavə təsirləri azaldır. L. tatarica-nın Azərbaycan florasında mövcudluğunu və mümkün müalicəvi əhəmiyyətini nəzərə alaraq, bu tədqiqatın nəticələri müxtəlif sahələrdə, o cümlədən əczaçılıq sahəsində gələcək tədqiqatlar üçün yeni üfüqlər açmaqdadır.

Açar sözlər: antimikrob aktivlik, disk-diffuziya, quru ekstraktlar, inhibirləşmə zonası, mikroorqanizmlər
Ədəbiyyat

ABCDE