ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
Abşeron yarımadasının bəzi göllərinin alqoflorası haqqında ümumi məlumat
Şəkər C. Muxtarova, Aytac B. Muradova, Yaşar M. Feyziyev

Abşeron yarımadasında su bitkiləri ilə yanaşı alqoflora ilə zəngin olan bir sıra kiçik göllərə malikdir. Abşeron yarımadasının çirklənmiş göllərində tədqiqat aparılmışdır. Bu göllərdə alqoloji tədqiqatlar XX əsrin 60-80-ci illərində aparılmışdır. Seçilmiş səkkiz gölün (Xocahəsən, Böyükşor, Zığ, Bülbülə, Qırmızı, Binəqədi, Qala, Lökbatan) yosun florası öyrənilmişdir. Göllərin plankton, bentos və epifitik yosunları haqqında ədəbiyyat məlumatları və orijinal tədqiqatlar, növlərin müxtəlifliyi, ekologiyası və yayılması haqqında məlumatlar verilir. Tədqiqatlarda nomenklaturoloji yeniliklər nəzərə alınıb. Ümumilikdə 33 cins, 24 fəsilə, 18 sıra, 7 sinifə aid olan 76 növ müəyyən edilmişdir. Göllər üçün ən çox yayılmış növlər Closterium parvulum Nägeli, Volvox globator Linnaeus, Cosmarium obtusatum Schmidle, Navicula pygmeae Kützing, Diatoma vulgare Bory, Nitzschia tryblionella Hantzsch növləridir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Bülbül və Qala göllərinin alqoflorası çox müxtəlifdir.

Açar sözlər: Abşeron, alqoflora, ekoloji qrup, göllər, taksonomik analiz
Ədəbiyyat

ABCDE