Diaporthe Fuckel cinsi patogenlər, saproblar və endofitlər kimi çoxlu sayda qeydə alınan növdən ibarətdir. Bu günə qədər 1200-dən çox Diaporthe növü qeydə alınsa da, Yaponiyada yalnız Diaporthe cinsinin patogen ştammları müəyyən edilmişdir ki, onlar da xüsusilə iqtisadi əhəmiyyətli bitkilərə təsir göstərir. Bu tədqiqat adətən Sakura ağacı kimi tanınan Prunus sensu lato (s.l.) üzərində endofit Diaporthe spp. müxtəlifliyini uğurla aydınlaşdırmaqla yanaşı, Yaponiya mikobiotasına iki yeni Diaporthe növünü əlavə etmişdir. Tədqiqatda daxili transkripsiya sahəsi (ITS) bölgəsi, translyasiyanın elonqasiya faktoru 1-alfa (TEF), beta-tubulin (TUB), histon H3 (HIS) və kalmodulin (CAL) genlərinin qismən ardıcıllığı daxil olmaqla, 5 lokusun multilokus analizindən istifadə edərək çoxfazalı bir yanaşma istifadə edilmişdir. Bundan başqa, süni mühitdə kulturalarda spor əmələgəlməni təhrik etməklə morfoloji müşahidələrdə aparılmışdır. Nəticədə Prunus s.l. cinsində əvvəllər qeydə alınmış Diaporthe növlərinin təsdiqi ilə yanaşı, iki yeni növ təsvir edilmişdir: Diaporthe endoprunicola A.H. Ujat & Y. Hattori və Diaporthe pseudoamygdali A.H. Ujat & Y. Hattori.
https://doi.org/10.30546/2664-5297.2024.7.1.2
ABCDE