Bu araşdırma Qərbi Zaqafqaziyada təbii şəkildə yayılmış relikt ağac növü olan Betula medwediewii Regel və mühüm dərman bitkisi olan Veratrum album L. növünün ekoloji xüsusiyyətlərini təqdim edir. Bitki və torpaqlarda element analizləri aparılıb və yarpaqlarda torpaq-bitki münasibətləri qiymətləndirilib. B. medwediewii növünün yarpaqlarından əldə edilən nəticələrə görə azot, fosfor, kalium, kalsium, dəmir və mis konsentrasiyaları limit dəyərləri daxilindədir, bunun əksinə olaraq maqnezium və nikel isə daha yüksəkdir. Həmçinin V. album növünün aşağı kaulin yarpaqlarında azot, fosfor, kalium, kalsium, maqnezium və misin normada olduğu, dəmir və nikel konsentrasiyasının isə normadan artıq olduğu müşahidə edilmişdir. Ümumiyyətlə, hər iki növün torpaq nümunələrində tədqiq edilmiş bütün elementlərin konsentrasiyası aşağı olmuşdur
https://doi.org/10.30546/2664-5297.2024.7.1.33
ABCDE