Lamiaceae fəsiləsinə aid bir çox növ ənənəvi Livan mətbəxində və təbabətində geniş istifadə olunur. Bu bitkilərdən əldə edilən efir yağları (EY) aktiv birləşmələrlə zəngindir və müxtəlif sahələrdə, o cümlədən qida sənayesində istifadə oluna bilər. Onların qida məhsullarını patogen və çürüyən mikroorqanizmlərdən güclü qorumaq qabiliyyəti sənədləşdirilmişdir. Bu çərçivədə Livanda toplanan Lavandula angustifolia Mill., Satureja thymbra L. and Thymbra capitata(L.) Cav. (syn.Coridothymus capitatus Rchb.f.) növlərindən əldə edilən EY-nın effektivliyi səkkiz bakteriyaya (Escherichia coli, Salmonella typhimurium, Pseudomonas aeruginosa, Proteus mirabilis, Listeria monocytogenes, Staphylococcus aureus, Bacillus cereus and Enterococcus faecalis) və iki mayaya (Candida albicans və C. parapsilosis) qarşı in vitro testlə qiymətləndirilmişdir. S. thymbra ən yüksək, daha sonra T. capitata və L. angustifolia antibakterial aktivklik göstərib. P. aeruginosa növü isə ən davamlı mikroorqanizm kimi müəyyən edilib. Hər üç EY-ları C. albicans və C. parapsilosis növlərinin böyüməsinə tamamilə inhibə edib. S. thymbra, toyuq döş nümunələrini eksperimental yoluxdurmaq üçün istifadə edilən S. aureus növünə qarşı in vivo sınaqdan keçirilib, burada EY onun böyüməsini 72 (3 log KƏV/q-da bakterial suspenziya) və 48 saatadək (8 log KƏV/q-da bakterial suspenziya) əhəmiyyətli dərəcədə dayandırıb.
https://doi.org/10.30546/2664-5297.2024.7.1.25
ABCDE