ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
SAMUR-YALAMA MİLLİ PARKININ YARPAQGÖVDƏLİ MAMIR MÜXTƏLİFLİYİNİN ÖYRƏNİLMƏSİ: AZƏRBAYCAN BRİOFLORASI ÜÇÜN YENİ NÖV
Aygün V. Məmmədova, Yusif T. Abiyev, Aynur M. Həsənova

Azərbaycanda Samur-Yalama Milli Parkı müxtəlif flora növləri, o cümlədən briofitlərlə zəngin meşələrlə səciyyələnən biomüxtəliflik regionudur. Bu məqalədə Samur-Dəvəçi ovalığında yayılmış yarpaqgövdəli mamırların müxtəlifliyi araşdırılır. Müxtəlif marşrut xətləri boyunca 100-dən çox toplanmış herbarium materialları əl böyüdücüləri, Motic Digital Mikroskop və identifikasiya açarı vasitəsilə müəyyən edilmişdir. Toplanmış növlərdən Bryum algovicum Sendtn. ex Müll. Hal. Azərbaycan üçün yeni növ kimi müəyyən edilmişdir. Bundan əlavə, Bryum pallens Sw., Brachythecium mildeanum (Schimp.) Schimp., Plagiothecium laetum Schimp. və Taxiphyllum wissgrillii (Garov.) Wijk et Marg. növləri Samur-Dəvəçi ovalığı botaniki-coğrafi rayonu üçün ilk dəfə müəyyən edilmişdir. Bundan əlavə, 70 növün BTMİ-nin Qırmızı Siyahısına daha az təhlükəyə məruz qalan (LC) kateqoriyası üzrə daxil edildiyi müəyyən edilmişdir. Üç növ – Palamocladium euchloron (Bruch ex Muell. Hal.) “nəsli kəsilmək təhlükəsi altında olan” (EN), Dicranum muehlenbeckii Bruch & Schimp “həssas” (VU) kateqoriyası, Leucodon pendulus Lindb. “təhlükəyə yaxın” (NE) kateqoriyası ilə qiymətləndirilmişdir.

Açar sözlər: mamır müxtəlifliyi, yeni növ, qorunan ərazi, qırmızı siyahı
DOI:
Ədəbiyyat

ABCDE