ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
FERULA PERSICA KÖKLƏRİNDƏN İZOLƏ EDİLƏN SESKVİTERPEN KUMARİN MOQOLTAVİDİNİN İDENİFİKASİYASI VƏ KONFİQURASIYASININ ÖYRƏNİLMƏSİ
Elvin H. Kərimli

Ferula L. (Apiaceae) cinsinin Qafqaz, Orta Asiya, Sibir, Çin (Sincan), Əfqanıstan, İran və Şimali Afrikada geniş yayılmış 130 növü vardır. Azərbaycan Respublikasında bu cinsin səkkiz növünə rast gəlinir. Ferula növlərinin tərkibindəki kimyəvi maddələrin əsas hissəsini seskviterpen kumarinlər, laktonlar, mürəkkəb efir spirtləri və efir yağları təşkil edir. Toxumların tam yetişmə mərhələsində toplanmış Ferula persica köklərinin etanollu ekstraktından sütunlu xromatoqrafiya üsulundan istifadə etməklə ilk dəfə olaraq C24H32O5 tərkibli, ərimə temperaturu 157-159°C olan kristallik maddə alınmışdır. Spektral (UV)-ultrabənövşəyi, (İQ)-infraqırmızı, (NMR)-nüvə maqnit rezonansı PMR və 13NMR, DEPT və iki ölçülü eksperimental üsullar COSY, HSQC, HMBC və fiziki göstəriciləri (polyarometriya, ərimə temperaturu) məlumatları əsasında tədqiq edilən maddənin moqoltavidinlə eyni quruluşa malik olduğu müəyyən edilmişdir. Maddənin konfiqurasiyasının təyin edilməsində PMR spektrdəki kimyəvi sürüşmə və spinspin qarşılıqlı təsir konstantının qiymətindən istifadə edilmişdir. Hazırkı tədqiqatın məqsədi F. persica köklərinin kumarin tərkibini müəyyən etməkdir. Bu nəticələrdə gələcəkdə cins daxilində növlərin xemotaksonomik mövqeyini müəyyən etmək üçün
qiymətləndirilə bilər.

Açar sözlər: kimyəvi sürüşmə, seskiterpen lakton, spinspin qarşılıqlı təsir konstantı, Vudvord-Fizer qaydası, UV, IR, NMR konfiqurasiyası
DOI:
Ədəbiyyat

ABCDE