ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
Kaçkar Dağları Milli Parkında (Rizə/Türkiyə) Rhododendron L. (Ericaceae) taksonlarının molekulyar sistematik xüsusiyyətləri
Vaqif Atamov, Elvan Ofluoğlu, Fatih Ş. Beriş

Bu tədqiqat işində Kaçkar Dağları Milli Parkı ərazisində yayılmış Rhododendron L. (Ericaceae) taksonlarının molekulyar sistematik xüsusiyyətləri araşdırılmışdır. Tədqiq edilmiş bitki materialları 2013-2014-cü illər arasında çöl tədqiqatları zamanı toplanmışdır. Toplanmış bitki nümunələri herbari nümunələrinə çevrilmişdir. Daha sonra İTS profillərini təyin etmək üçün müvafiq üsullarla hər nümunədən götürülmüş yarpaq nümunələrindən DNT izolyasiyası edilmişdir. Tədqiqat nəticəsində Rhododendron nümunələrinin morfoloji quruluşunun xüsusiyyətlərinin nəticələri İTS DNT analiz məlumatları Kaçkar Dağları Milli Parkında R. caucasicum, R. ponticumR. luteum növlərinə aid nümunələrə rast gəlindiyini təsdiqləyir. Bundan əlavə, ITS DNT analizləri seçilmiş nümunələrdə R. luteum növlərini aydın şəkildə fərqləndirir.

Açar sözlər: ITS, yarpaq nümunələri, morfologiya, PSR, növ, taksa
Ədəbiyyat

ABCDE