Məqalədə Bromeliaceae fəsiləsindən olan Puya mirabilis (Mez.) L.B. Sm. növünün Mərkəzi Nəbatat Bağının oranjereyalarına introduksiyası ilə bağlı uzun illər aparılan tədqiqatların nəticələri verilmişdir. Növün toxumla çoxaldılması, ilkin inkişaf dövründə yuvenil bitkilərin morfogenezi öyrənilmiş, yaşlı bitkilərin biomorfoloji analizi aparılmış və bioekoloji xüsusiyyətləri araşdırılmışdır. Aparılan tədqiqatın nəticəsinə görə növün quru subtropik şəraitdə daxili interyerlərin yaşıllaşdırılmasında perspektivliyi qiymətləndirilmişdir
https://doi.org/10.30546/2664-5297.2024.7.1.39
ABCDE