ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
AZƏRBAYCANIN ŞAMAXI RAYONUNUN ÇƏMƏN BİTKİLİYİNİN XÜSUSİYYƏTLƏRİ
Eldar N. Novruzov, Aydan M. Hüsüyeva, Ruhiyə M. Axundova, Eeman Fatima

Şamaxı rayonunun Əngəxaran, Məlhəm, Çuxuryurd, Əhmədli və Talışnuru kəndlərində bitki örtüyünün təhlili aparılmışdır. Floristik analiz nəticəsində 13 fəsilə və 23 cinsə aid olan 27 taksonun siyahısı tərtib edilmişdir. Taksonomik tədqiqatlara əsasən Şamaxı rayonunda Boraginaceae, Asteraceae, Caprifoliaceae, Polygonaceae, Apiaceae, Rosaceae, Verbenaceae, Rubiaceae, Hypericaceae, Fabaceae, Lythraceae, Malvaceae, Lamiaceae fəsilələrinə aid faydalı bitkilər aşkar edilmişdir. Asteraceae və Fabaceae fəsilələrinə aid ən çox təmsil olunan Achillea, Prunus, TrifoliumLotus Lythrum hər biri 2 növlə (hər biri 7%) qeyd olunmaqla ən zəngin cinslər olmuşdur. Fitosenozda dominant növlərə Inula helenium L., Daucus carota L., Dipsacus laciniatus L., Agrimonia eupatoria L., Trifolium media L., Lotus dorycnium L. aiddir. Aparılan təhlillər nəticəsində üç növ bitki birliyi müəyyən edilmişdir: Inula helenium L. + Dipsacus laciniatus L. + Rumex crispus L., Dipsacus laciniatus L. + Rumex crispus L., Lotus dorycnium L. + Trifolium medium L. + Agrimonia eupatoria L. Floranın əsasını hemikriptofitlər təşkil edir (67%). Faydalı xüsusiyyətlərinə görə bitkilər aşağıdakı kimi təsnif edilmişdir: 10 yem, 8 dərman,  5 qida, 3 həm yem, həm qida.

Açar sözlər: həyati formalar, fitosenoz, bitki birliyi, taksonlar, faydalı bitkilər
Ədəbiyyat

ABCDE