ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
AZƏRBAYCAN FLORASI ÜÇÜN BƏZİ BORULU BİTKİLƏRİN YENİ YAYILMA YERLƏRİ
Naibə P. Mehdiyeva, Nigar Mürsəl

2008-2023-cü illərdə Azərbaycanın ayrı-ayrı botaniki-coğrafi rayonları üzrə aparlmış çöl tədqiqatlarının nəticələri əsasında 44 takson üçün yeni yayılma yerləri haqqında məlumat verilir. 20 növün Böyük Qafqazın (BQ) Quba hissəsi, 16 növün BQ şərqi hissəsi, iki növün BQ qərbi hissəsi, dörd növün Samur-Dəvəçi ovalığı, Qobustan, Abşeron, Lənkəran və Xəzəryanı ovalıq botaniki-coğrafi rayonlarının hərəsi üçün isə bir növün yeni yayılma yerləri aşkar edilmişdir. Bəzi növlər həm BQ Quba və BQ şərqi hissə üçün müəyyən edilmişdir. Növlərin arasında altı Qafqaz endemiki (Aquilegia olympica, Galanthus alpinus var. alpinus, Hedera pastuchovii, Senecio pojarkovae, Tulipa undulatifolia var. undulatifolia (T. eichleri Regel), Ziziphora clinopodioides subsp. clinopodioides (Z. serpyllacea M. Bieb.)), 2 Azərbaycan endemiki (Iris schischkinii, Rosa azerbaidshanica), beş nadir və itmə təhlükəsində olan takson (Aquilegia olympica, Ophrys sphegodes subsp. mammosa, Ophrys oestrifera, Rosa azerbaidshanica, Tulipa schmidtii) vardır. Əldə edilmiş məlumatlar Azərbaycan Respublikasının Qırmızı Kitablarına (1989, 2013, 2023) daxil edilmiş Azərbaycan florasının endemik, nadir və nəsli kəsilməkdə olan növləri haqqında elmi əsaslandırılmış bilikləri genişləndirir, onların təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlərin işlənib hazırlanması üçün mühüm əhəmiyyət kəsb edir, “Azərbaycan florası”nın yeni nəşri üzərində işləmək üçün zəruri olan mühüm məlumat mənbəyidir. Hazırkı məqalə müəyyən dərəcədə respublika florasının taksonomik tərkibinin tədqiqinə dair son illərdə aparılan tədqiqatların qısa nəticələrindən də bəhs edir.

Açar sözlər: yayılma, endemik, bitki, nadir, növ, takson
DOI:
Ədəbiyyat

ABCDE