Bu tədqiqat Böyük Qafqazın cənub yamacında yerləşən Basqal meşə bulaqlarının yosun florasının tərkibini, ekoloji quruluşunu və bioindikator potensialını araşdırır. Mövsümi nümunələr 2024-cü ilin may–sentyabr aylarında plankton və bentos yaşayış mühitlərindən toplanmışdır. Su temperaturu, pH, elektrik keçiriciliyi və ümumi həll olmuş maddələr in situ şəraitdə ölçülmüş, yosun nümunələri işıq və elektron mikroskoplarında təhlil edilmişdir. Taksonomik identifikasiya standart alqoloji açarlara əsaslanaraq aparılmış və AlgaeBase məlumat bazası ilə təsdiqlənmişdir. Su keyfiyyəti və üzvi çirklənmə səviyyəsi Palmer çirklənmə indeksi və saprob səviyyə analizinə əsasən qiymətləndirilmişdir. Bulaqlarda orta temperatur 7–12°C, pH 7.6–8.5, EC 162– 322 µS/cm, ümumi həll olmuş maddələr isə 105–209 mg/L aralığındadəyişmişdir. Ümumilikdəbeşşöbəyə aid 25 taksonmüəyyənedilmişdir: Charophyta, Chlorophyta, Cyanobacteria, Euglenophyta və Heterokontophyta. Palmer indeksi (10–22) və saprob analizləri bulaqların əksəriyyətində oligosaprob və β-mezosaprob şəraitin üstünlük təşkil etdiyini göstərmişdir. Nəticələr Basqal meşə bulaqlarında yosun müxtəlifliyinin hidroloji rejim və meşə bitkiliyindən güclü şəkildəasılıolduğunu, ekolojisabit system formalaşdırdığınısübutedir. Bu nəticələr Azərbaycanın dağ-meşə regionlarında şirin su ekosistemlərinin qiymətləndirilməsi və mühafizəsi üçün yosun monitorinqinin əhəmiyyətini vurğulayır.
ABCDE

