ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
AZƏRBAYCANDA CAMPANULA SEKSİYASININ MORFOLOJİ VƏ BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ (CAMPANULA L., CAMPANULACEAE JUSS.)
Asya E. Əkbərova, Rəşad A. Səlimov

Bu tədqiqatda Campanula (Campanulaceae) yarımcinsinin Campanula seksiyasından olan növlərin morfoloji və bioekoloji xüsusiyyətlərinin nəticələri təqdim olunur. Həmçinin onların Azərbaycan florasında və Qafqazda yayılması, coğrafi elementləri və yeni toplanmış və herbari fondunda saxlanılan nüsxələr haqqında məlumatlar göstərilmişdir. Çöl tədqiqatları 2018-2025–ci illərdə Azərbaycanın müxtəlif regionlarında aparılmışdır. Məlumatlar həmçinin herbari materiallarının və müvafiq botaniki ədəbiyyatlardan əldə edilmişdir. Azərbaycan florasında bu seksiyaya aid olan dörd növə rast gəlinir: Campanula latifolia, C. odontosepala, C. rapunculoides, C. bononiensis. Bütün növlər çoxillik, otşəkilli hemikriptofitlərdir və xüsusi yaşayış yerlərinə və ekoloji şəraitə əsasən morfoloji uyğunlaşmalar göstərirlər.

Açar sözlər: zəngçiçəyi, kasacıq, çiçək tacı, yayılma, ekologiya, herbari
Ədəbiyyat

ABCDE