ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
AZƏRBAYCANIN FLORASINDA AMARANTHACEAE JUSS., ASTERACEAE DUMORT. VƏ POACEAE JUSS. FƏSİLƏLƏRİNƏ AİD YAD MƏNŞƏLİ BİTKİ NÖVLƏRİ
Rəna T. Abdıyeva, Svetlana A. Litvinskaya, Ayna Y. Abdullayeva

2017-2021-ci illərdə aparılan ekspedisiyalar əsasında toplanılmış çöl materiallarının təhlili, eləcə də ədəbiyyat və AR ET Botanika İnstitutunun Herbari fondunda saxlanılan nümunələr əsasında Amaranthaceae Juss., Asteraceae Dumort. və Poaceae Juss. fəsiləsinə aid Azərbaycanda yayılan yad mənşəli bitki növlərinin siyahısı tərtib edilmişdir. Müəyyən edilmişdir ki, Poaceae fəsiləsi 10 cins və 15 növ (Azərbaycanın ümumi yad mənşəli floranın 25.7%-i),  Asteraceae 8 cins, 13 növ (18.6%) və Amaranthaceae fəsiləsindən isə 2 cins, 7 növ (11.4%) ilə təmsil olunub. Bitkilərin əksəriyyəti toxumla çoxalan, birillik otlarıdır. Bu növlərin əsas hissəsini Azərbaycan ərazisinə məqsədli gətirilməyən ksenofitlər təşkil edir. Ekoloji baxımdan rütubət amilinə görə bütün növlər aşağıdakı ekoloji qruplara aiddir: mezofitlər (21 növ), kseromezofitlər (13 növ), hiqromozofitlər (4 növ). Ümumi tədqiq olunan növlərdən Amaranthus retroflexus, A. albus, Ambrosia artemisiifolia, Erigeron canadensis, E. annuus, E. bonariensis, Xanthium strumarium, X. spinosum, Digitaria violascens, D. horizontalis, Paspalum dilatatum hal-hazırda təbii və yarımtəbii qruplaşmalara daxil olan və ya antropogen təsirə məruz qalan ərazilərə miqrasiya edən və təbiiləşən bitkilərdir ki, bunlar da öz növbəsində olduqca təhlükəli hesab edilirlər. Yuxarıda sadalanan növlər meşə, çəmən və kolluq icmalarına daxil olmuşlar və və indi onlar ot bitkilərinin bir hissəsidir. Bu birliklərin ot təbəqəsinin tərkibini təşkil edir. Azərbaycan mənbələrində əvvəllər edilən Siegesbeckia orientalis, Tanacetum vulgare, Bromus carinatus, B. catharticus, Chloris virgata, Pennisetum alopecuroides tərəfimizdən aşkar edilməmişdir. Müəyyən edilmişdir ki, bitkilərin bioloji xüsusiyyətləri (qısa həyat dövrü, yüksək dözümlülük, toxumla çoxalması, yeni və ya stresli ekoloji şəraitə uyğunlaşma qabiliyyəti) onların yerli ekosistemlərə daha yaxşı daxil olmasını təmin edir. Yad növlərin müxtəlif fitosenozlarda rastgəlmə tezliyi və bolluğu əsasında  onların invazivlik statusları araşdırılıb. Azərbaycana daxil olma vasitəsinə görə, yad bitkilərin əksəriyyəti ksenofitlər və fitosenozlarda roluna görə isə efemerofitlərdir. 

Açar sözlər: biomorf, yayılma, hiqromorf, introduksiya, invaziv növlər, həyat formaları, növ müxtəlifliyi, aborigen
Ədəbiyyat

ABCDE