ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
AZƏRBAYCAN FLORASI DÜNYA BAĞÇILIĞINDA
Validə M. Əli-zadə, Tatyana Şulkina

Keçmiş Sovet İttifaqında Qafqaz ilk və yeganə ərazidir ki, dünyada “biomüxtəliflik üzrə qaynar nöqtə”lər kimi tanınan 25 ərazidiən biridir. Yeni coğrafi xəritənin son nəşrində Qafqaz Avropanın bir hissəsi kimi təsdiq edilib. Cənubi Qafqaz ölkələri arasında Azərbaycan olduqca rəngarəng təbii floraya və bitkiliyə malik – bağçılıq  ehtiyacları üçün qiymətli hər tip dekorativ bitkilərin füsunkar mənbəyini təmin edən ölkədir. Məqalədə müxtəlif ətraf mühit şəraitinə introduksiya üçün böyük imkanları olan mühüm dekorativ bitkilərin siyahısı, Azərbaycanda onların mənşəyi və yayılmasının qısa təhlili verilmişdir. Azərbaycanın müxtəlif bölgələrində bitən və əksəriyyəti bağçılıq üçün münasib olan ağaclar, kollar və otlar bağçılıq üçün ətraflı araşdırılmayıb və ya az öyrənilib. Qeyd edilib ki, Talışın ot endemləri yüksək cəlbedici xüsusiyyətlərinə görə bağçılıqda böyük maraq doğurur. Bəzi növlər təbiətdə və əkinlərdə olduqca nadir halda rast gəlinir. Qeyd edilir ki, dekorativ bitki növlərinin böyük kolleksiyaları Mərkəzi Botanika Bağında və Bakıda yerləşən dendraridə araşdırılır. Bu kolleksiyada bəzi bitkilər potensial dekorativ xüsusiyyətlərə malikdir və bağlarda uğurla yetişdirilə bilər.  Azərbaycanda bir çox bitkilər təbii yaşayış mühitinin itirilməsi, ziyadə toplama, yeni yollar, sənayenin inkişafı və s. kimi davam edən təhlükələr səbəbindən yox olmaq üzrədir. Təhlükə altında olan bu böyük növ müxtəlifliyinin yabanı təbiət üçün müstəsna əhəmiyyətini nəzərə alaraq onu artan təzyiqlərdən qorumaq üçün əsaslı səbəblər vardır.

Açar sözlər: dekorativ bitkilər, yabanı növlər, mənşə, yayılma, introduksiya, Qafqaz
Ədəbiyyat

ABCDE