Hazırda Aralıq dənizi ölkələrində narın (Punica granatum) becərilməsi qida keyfiyyətlərinə və torpağın şoranlaşmasına davamlılıq qabiliyyətinə görə artmışdır. Beləliklə, onun ekoloji stresə reaksiya mexanizmlərinə dair biliklərə ehtiyac getdikcə artır. Digər tərəfdən, adətən sərt şəraitdə yetişdirilən yerli sortlar yeni davamlı sortların yaradılması üçün faydalı olan dözümlülük genlərinin mənbəyi ola bilər. Bu tədqiqatda on bir Azərbaycandan, altı İrandan olan nar sortlarının gönçələri (beş aylıq), həmçinin Wonderful sortunun gönçələri 48 saatlıq yüngül soyuqluq stresinə (-4°C) məruz qalmışdır. Lipid peroksidləşməsi, hidrogen peroksid və prolin kimi oksidləşdirici stress parametrləri, həmçinin superoksid dismutazanın aktivliyi kontrol və stresə məruz qalan tumurcuqlarda ölçüldü. Soyuqluq stresi altında lipidlərin peroksidləşməsi, hidrogen peroksid və prolinin səviyyələri bütün sortlarda normal tumurcuqlara nisbətən daha yüksək olmuşdur. Bununla belə, tədqiq edilən biomarkerlərin səviyyələri İran sortu olan Saveh və Azərbaycan sortu Bala Mürsəlin müasir Wonderful ilə müqayisədə daha aşağı idi. Superoksid dismutazanın fermentativ aktivliyinin soyuq stresə məruz qalan bütün tumurcuqlarda, xüsusən də Wonderful sortunun tumurcuqlarında normal gönçələrlə müqayisədə daha yüksək səviyyədə aşkar edilmişdir. Bu nəticələr Saveh və Bala Mürsəl sortlarının soyuq stresindən daha az zərərçəkdiyini göstərir. Digər tərəfdən, Wonderful sortunda antioksidant fermentin güclü aktivasiyası onun stress altında yaşaması üçün vacib ola bilər. Bu tədqiqatda soyuq stresi şəraitində nar sortları arasında oksidləşdirici stresin parametrlərində, həmçinin superoksid dismutazanın aktivliyindəki fərqləri göstərilir.
ABCDE