ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
ABŞERON YARIMADASININ BİTKİ MÜXTƏLİFLİYİ
Aleksandr S. Zernov, Şəhla N. Mirzayeva

Məqalədə Abşeron yarımadasının florasının öyrənilməsinin nəticələri müzakirə olunnur. 70 ildə növ tərkibinin dinamikası nəzərdən keçirilir. 1952-ci ildə İ.İ.Karyagin tərəfindən qeyd olunmuş növlərdən 206- nın mövcudluğunu təsdiq etmək mümkün olmamışdır. Abşeron yarımadasının flora siyahısına 678 növ daxildir ki, bunlardan 599 növ yerli flora kimi təsnif edilir. Areallarının dinamikasının inkişaf istiqamətinə görə yerli flora növləri 5 qrupa ayrılmışdır. İtmiş - 7 növ (50 ildən çoxdur ki Abşeron ərazisində tapılmayıb), itmə təhlükəsində olan - 130 növ (əvvəllər məlum olan bir neçə ərazidə yoxa çıxıb), sabit - 208 növ (əvvəllər məlum olan ərazilərdə rast gəlinib), dinamik - 191 növ (əvvəllər məlum olan ərazilərdə yoxa çıxıb, yeni ərazilərdə rast gəlinib), inkişafda olan - 47 növ (əvvəllər məlum olan ərazilərdə və yeni ərazilərdə rast gəlinib). Hər hansı bir bölgənin florasının adventiv elementi, yerlidən daha dinamikdir. Abşeronda cəmi 97 adventiv növ qeydə alınmışdır ki, bunlardan 23-ü bölgənin florası üçün yeni növdür. XIX əsrin əvvəlindən bəri adventiv floranın növlərlə zənginləşdirilməsində müxtəlif mənbələrin nisbi rolu dəyişib. Lakin, yeni minilliyin başlanğıcı ilə dəmir yollarının adventiv komponentinin formalaşmasına təsiri nəzərəçarpacaq dərəcədə azalır. Abşeron yarımadasının ərazisində dəmir yolu ilə gətirilən yeni növlərin sayı kəskin şəkildə azalıb. Doqquz (2012-2020) ildə dəmir yolu ilə gətirilən heç bir yeni növə rast gəlinməmişdir. Digər tərəfdən dekorativ ağacların, kolların və ot bitkilərinin becərilməsi daha aydın şəkildə özünü göstərir. Bölgənin adventiv florasının formalaşmasında zibilliklərin və tullantı sahələrinin də rolunda ciddi artım müşahidə olunur.

 

 

Açar sözlər: invaziya, adventiv növlər, flora dinamikası, biomüxtəliflik, Abşeron, Azərbaycan
Ədəbiyyat

ABCDE