Məqalədə Azərbaycanın Quba və Qusar rayonlarında, Böyük Qafqazın cənub-şərq hissəsində yabanı bitən nadir bəzək ot növlərindən bəhs olunur. 2013-2019-cu illərdə ümumilikdə 500-ə yaxın nümunə toplanmış və əsas diaqnostik morfoloji əlamətlərə əsasən 235 taksa kimi təyin edilmişdir. Onlardan 18 cinsə aid olan 21 taksa Azərbaycanın Qırmızı Kitabının ikinci nəşrinə daxil edilmiş nadir bitkilərdir. Son taksonomik və nomenklatural yeniliklər nəzərə alınaraq, bunlar beş sıra və yeddi fəsiləyə aid Alcea kusariensis, Asrtagalus kubensis, Crocus biflorus subsp. adamii, C. speciosus, Epipactis palustris, Galanthus alpinus, Himantoglossum formosum, Iris caucasica, Limodorum abortivum, Muscari armeniacum, Ophrys apifera, O. sphegodes subsp. mammosa, Orchis purpurea, Planthera chlorantha, Phelypaea coccinea, Primula algida, Primula heterochroma, Pulsatilla albana, Scilla siberica subsp. caucasica, Tanacetum coccineum və Tulipa biebersteiniana taksonlarıdır. Növlər birdən çox hündürlük qurşağlarında qeydə alınıb. Nadir növlərin əksəriyyəti aşağı və orta dağ qurşağlarında bitir. Bir neçə növ daha yüksək qurşaqlarda müşahidə edilmişdir. Bitkilərin həyati formaları və çiçəkləmə müddəti də araşdırılmışdır. Cephalanthera damasonium, C. longifolia, Fritillaria lutea və Muscari armeniacum qorunmasına ehtiyacı olan və Azərbaycanın Qırmızı Kitabının üçüncü nəşrinə daxil edilməsi tövsiyyə olunan yeni nadir bitkilərdir.
ABCDE