Nar meyvələri bioloji aktiv komponentlərin zəngin mənbəyidir. Bu kimyəvi maddələr bitkinin müxtəlif hissələrində (ekzokarp, mezokarp, toxum və giləsində) toplanır. Yabanı nar meyvələri tərkibində çoxlu miqdarda potensial əhəmiyyətli bioloji fəal maddələr saxlayır. Yabanı nar nümunələrini toplamaq məqsədi ilə Azərbaycanın səkkiz rayonunda çöl tədqiqatları aparılmışdır. Bu məqalədə Azərbaycanın müxtəlif bölgələrində bitən yabanı nar bitkisinin ekzokarp, mezokarp, meyvə şirəsinin fiziki xassələri və antioksidant qabiliyyətinin nəticələri, eləcə də bir nümunədə fenol birləşmələrin və antosianların keyfiyyət və kəmiyyət tərkibinin öyrənilməsinin nəticələri öz əksini tapmışdır. P.g.1 tərkibində olan bioloji aktiv maddələrin tədqiqi göstərdi ki, şirədə antosianlardan sianidin-3,5-diqlukozidə (34.65%), narın qabığında isə -epikatexin (67.23 mq/kq) polifenoluna daha çox rast gəlinir. Bu tədqiqatın nəticələri yabanı narın biomüxtəlifliyinin qiymətləndirilməsinə, yüksək keyfiyyətli xüsusiy-yətlərə malik nümunələrin aşkar edilməsinə və bu nümunələrindən potensial kommersiya istehsalı məqsədi ilə müalicəvi və kosmetik məhsulların, həmçinin qida əlavələrinin istehsal edilməsinə kömək edəcəkdir.
ABCDE