Təqdim olunan məqalədə Calamintha nepeta (L.) Savi (fəs. Laminaceae Lindl.) növünün yerüstü hissəsindən alınmış efir yağının kimyəvi tərkibi tədqiq edilmişdur. Bitki çiçəkləmə fazasında Quba rayonunun Təngaltı kəndinin ətrafinda Vəlvələçay çayının yaxınlığında yığılmışdır. Efir yağı hidrodistillyasiya metodu ilə alın-mışdır. Efir yağının çıxımı 0.8-1.2% aralığında dəyişir. Alınmış efir yağı şəffaf sarı rənglı xoş nanə ətirli mayedir. Efir yağının kimyəvi tərkibi qaz xromatoqrafı (QX) və xromato-mass-spektrometriya metodları (XMS) ilə tədqiq olunmuş və 78 komponent müəyyən edilmişdur. Calamintha nepeta növünün efir yağının major komponentləri timol (19.81%), siklopropan, 1,1-dietil - (19.77%), sikloheksanon, 3-vinil-3-metil - (18.66%), D-limonen (7.45%), kariofillen (6.16%) və minor komponentləri beta-pinen (1.46%), 3-oktanol (1.85%), terpinen-4-оl (1.43%), alfa.-terpineol (1.6%), 1,4,7,-siklondekatrien, 1,5,9,9-tetrametil-,Z,Z,Z- (3.10%), hermakren D ( 1.18%), kariofillen oksid (2.41%), 12-oksabisiklo [9,1,0]dodeka-3,7-dien, 1,5,5,8-tetrametil-[1R- (1R*,3E,7E,11R*)] - (1.32%) komponentləridir. Efir yağının tərkibində, həmçinin faizi vahiddən az olan komponentlər də müəyyən edilmişdir (<1): alfa-pinen (0.75%), sikloheksanol, 1-metil-4-(metiletenil)-sis-(0.85%), beta-oksimen (0.74%), O-simen-5-ol (0.76%), 2-dimetilamino-3-3-metilpiridin (0,77%), 3,4-dimetoksitoluol (0.54%), 10,10-dimetil -2,6-dimetilenbisiklo [7.2.0] undekan-5β-оl (0.49%), alloapomadendren (0.35%), epoksid-Z-alfa-bisabolen (0.38%) və s. Azərbaycanda yayılmış Calamintha nepeta növünün efir yağının komponent tərkibi haqqında ilk dəfə olaraq məlumat verilir.
ABCDE