ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
IRIS RETICULATA M. BIEB. NÖVÜNÜN SENOPOPULYASİYALARININ ONTOGENETİK STRUKTURU VƏ MORFOPARAMETERLƏRİNİN DƏYİŞKƏNLİYİ
Nigar Mürsəl, Naibə P. Mehdiyeva

Məqalədə Iris reticulata M. Bieb. nadir növünün Quba rayonunda (Azərbaycan) yayılan senopopulyasiyalarının (SP) təsviri, ontogenetik və demoqrafik strukturu verilmişdir. Məlum olmuşdur ki, bütün senopopulyasiyalar soltərəfli spektrə malikdir, SP1 və SP2-də ən yüksək faizi generativ fərdlər, SP3-də isə pregenerativ fərdlər təşkil edir. Delta (Δ) və omega (ω) qiymətləndirilməsi göstərmişdir ki, hər 3 senopopulyasiya cavan tiplidir. Senopopulyasiyalardakı fərdlərin morfometrik analizi, morfomaparameterlər arasında korrelyasiya analizi aparılmış, dəyişkənlik və plastiklik müəyən edilmiş, onlara iqlim amillərinin təsiri araşdırılmışdır. İki illik iqlim göstəriciləri - temperatur, şaxtalı və yağışlı günlərin sayında fərqin olması onların morfometrik gostəricilərində, dəyişkənlik və plastiklik əlamətlərində özünü büruzə vermişdir. Tədqiqatlar əsasında müəyyən olmuşdur ki, ən yüksək qiymət SP2-də yarpaq uzunluğu, yarpaq eni, çiçək saplağı uzunluğu, ləçək uzunluğu, kök uzunluğu, kök sayı əlamətləri, SP3-də - ləçək eni, soğanaq uzunluğu və soğanaq eni əlamətləri göstərir. Ən aşağı morfoloji ölçülər SP1-də müşahidə olunub. Variasiya koeffsientlərinin qiymətləndirilməsi göstərmişdir ki, hər üç senopopulyasiyada ən az variasiya edən kök uzunluğu (10–12 %), ən yüksək variasiya edən isə çiçək saplağının uzunluğu (33–35 %) olmuşdur. Hər üç senopopulyasiyada ən plastik əlamət çiçək saplağının uzunluğu (0.6–0.62), ən az plastik əlamət isə kök uzunluğu (0.25–0.28) olmuşdur. SP2 və SP3-də əlavə olaraq ən güclü plastik əlamət yarpaq eni (0.67–0.72) olmuşdur. Korrelyasiya analizinin nəticəsinə əsasən hər üç senopopulyasiyadakı parameterlər arasında güclü korrelyasiya əlaqəsi çiçək saplağının uzunluğu ~ ləçək uzunluğu arasında olmuşdur. Tədqiqatlar göstərmişdir ki, həmin ərazilərdə I. reticulata bitkisinin sayının azalmasına antropogen və təbii amillər təsir göstərir.

Açar sözlər: ontogenetik struktur, dəyişkənlik, plastiklik, korrelyasiya, iqlim amili
Ədəbiyyat

ABCDE