ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
XƏZƏRİN SAHİL ZOLAĞININ ORTA HİSSƏSİNİN BİRİLLİK ŞORANGƏLİ BİRLİKLƏRİ
Kəmalə K. Əsədova

Xəzər sahillərinin dəyişən ekoloji vəziyyəti və burada öz təsirini göstərən antropogen amillər müxtəlif bitki növlərinin qeyri-bərabər paylanmasına səbəb olur. Səhra bitkiliyi bu regionda ən geniş təmsil olunan və ən həssas bitki tiplərindən biridir. Bununla əlaqədar birillik şorangələrin dənizkənarı səhra fitotsenozlarının hazırkı vəziyyəti öyrənilmişdir. Birillik şorangəli səhraların müasir bitki vahidlərinin əvvəlki illərin bitki vahidləri ilə müqayisəli təhlili aparılmışdır. Xəzər dənizinin Azərbaycan hissəsinin sahilləri üçün yeni bitki vahidləri - birillik şorangə formasiyası Salsoleta tragosae və üç assosiasiya - S. kali subsp. tragus+Convolvolus persicus, S. kali subsp. tragus+Suaeda confusa, S. kali subsp. tragus+Limonium meyeri aşkar edilmişdir. Birillik şorangələrin növ tərkibinin inventarizasiyası aparılmış və dominant növlər müəyyən edilmişdir. Toplanmış material əsasında alfa və beta müxtəlifliyinin təhlili aparılmışdır.

Açar sözlər: bitki vahidləri, sahilyanı ekosistemlər, bitki örtüyü, formasiya, assosasiya, α və β müxtəliflik
DOI : http://dx.doi.org/10.29228/plantfungalres.52
Ədəbiyyat

ABCDE