ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
KÜR-ARAZ OVALIĞINDA (AZƏRBAYCAN) İNTRODUKSİYA OLUNMUŞ KİNOYANIN (CHENOPODIUM QUINOA WILLD.) YENİ DUZA TOLERANT SORTLARININ REPRODUKTİV BİOLOGİYASI, TOXUM MORFOLOGİYASI VƏ ANATOMİYASININ MÜQAYİSƏLİ TƏDQİQİ
Xatirə H. Qasımova, Validə M. Əli-zadə, Dildora M. Yusupova, Kristina N. Toderiç, Tura Rəhimova

Şoranlığa davamlı yüksək səviyyəli kinoya nümunələri Kür-Araz ovalığında (Azərbaycan) yüksək gil tərkibinə, su saxlama qabiliyyətinə, evapotranspirasiya və səthi sulara malik olan quraqlığa meyilli və şoran torpaqlarda introduksiya edilib. Beş kinoya nümunəsinin tədqiq olunan bütün reproduktiv mərhələlərində (toxum dəninin məhsuldarlığı, rüşeym və meyvənin inkişaf mərhələləri) həyat və toxum əmələgətirmə qabiliyyəti öyrənilib. Bitki genotipindən asılı olaraq çiçəkləmənin başlanğıc mərhələsi çiçəkləmə, toxumun yetişməsi və quru çəkiyə görə 66-77 arası gün dəyişir. Yer və genotiplərin qarşılıqlı əlaqəsi bitki boyu və toxum məhsuldarlığı istisna olmaqla çiçəkləmə və yetişmə günləri və quru çəki baxımından əhəmiyyətli idi. Kinoyanın üç erkən-orta, gec-çiçəkləmə və erkən-orta və gec toxum yetişmə klasterləri təsvir edilib. Kinoya öz-özünə tozlayan növlərdir, lakin külək (anemofil) və ya kiçik həşəratların (entomofil) köməyi ilə çiçək içərisində tozlanma baş verir. Yeni ətraf mühitdə becərilən kinoyanın tədqiq edilmiş sortları arasında meyvə və toxum morfologiyasında əhəmiyyətli dəyişiklik yox idi. Kinoyanın meyvələri sadə, quru, açılmayan, toxumca, diametri 1.8-2.5 mm, zülali ağ və ya sarımtıl rəngli, yetkin vəziyyətdə ağ perikarplı perigoniumun qalıqları olan monospermdir. Kinoya toxumlarında perikarp çox nazikdir; nəticə olaraq toxumca kisəcik də adlandırılır. Həyat qabiliyyətinə malik olan toxum perisperm və perikarpı əhatə edən periferiya, əyri ruşeymdən ibarətdir. Bir və ya iki hüceyrə divarı qalınlığının aydın görünən mikropil endospermi (embrional olmayan bir toxuma) embrionun kök apikal meristemini əhatə edən bir konus əmələ gətirir. Kinoya mikropil endosperminin anatomiyası quruluş baxımdan taxıl bitkilərindəki koleoriza hüceyrələri ilə oxşardır. Ehtiyat qida maddələri hər iki toxumada toplanır və toxumda kökün təpə meristemini qorumaqda əsas rol oynayır və cücərmə zamanı sakitlik dövrünə nəzarət edir. Lipidlər, zülallar və mineralların saxlandığı Kinoya mikropil hüceyrə toxumasının sonrakı tədqiqi duz və quraqlığa davamlı olmaqla yüksək toxum məhsuldarlığı və qida keyfiyyətinə malik olan daha yaxşı uyğunlaşdırılmış genotipləri seçmək üçün nəzərə alınmalıdır. Endogen fizioloji tip sakitlik keçirən təzə toplanan kinoya toxumları otaq temperaturunda (24-25º C) 16 saatdan sonra yüksək cücərmə dərəcəsi (78-85%) nümayiş edir. Quraqlıq və şoranlığa məruz qalmış Kür-Araz əkin sahələrində arzu olunan genotiplərin müəyyənləşdirilməsi və məhsuldarlığı artırmaq üçün əkin təcrübəsi və toxumların saxlanılmasının optimallaşdırılması üzrə işlərlə müşaiyət olunmalıdır. Sahələrə toxum erkən səpilməlidir, belə olduqda erkən çiçəkləmə və toxumun yetişməsi isti yay mövsümündən  əvvəl baş verir.

Açar sözlər: tozcuq dənəsi, quru kisəcik meyvə, mikropil endosperm, taxıla bənzər bitki, şoranlıq, səhralaşma, Kinoya
DOI : http://dx.doi.org/10.29228/plantfungalres.54
Ədəbiyyat

ABCDE