ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
AZƏRBAYCANIN QAX RAYONUNUN YABANI QİDA BİTKİLƏRİ, QAFQAZIN CƏNUB-ŞƏRQİ: NÖVMÜXTƏLİFLİYİ VƏ HÜNDÜRLÜKDƏN ASILI OLARAQ YAYILMASI
Aida Q. İbrahimova

Ətraf mühit bitkilərsiz mövcud ola bilməz. Tarixən bitkilər tez-tez dərman, qida, bəzək və digərləri kimi müxtəlif məqsədlər üçün seçilmişdir. Bitkilər həyat üçün əsas qida mənbələrindən biridir. Yem bitkilərinin bir çoxu təbiətdə yabanı olaraq mövcuddur. Hazırda dünyada təbii ehtiyatların tükənməsi müşahidə olunur. Bunları nəzərə alaraq, yabanı qida bitki növlərinin yayılma areallarının, və ənənəvi istifadəsi barədə məlumatları öyrənmək vacib və aktual hesab edilir. Qax rayonu Azərbaycanın tarixi bölgəsi olmaqla, ölkənin şimal-qərb hissəsində və Böyük Qafqazın qərb hissəsinin cənub yamacında yerləşir. Hal-hazırki dövrə qədər faydalı bitki növləri bir sıra alimlər tərəfindən araşdırılmasına baxmayaraq, Qax rayonunun yabanı qida bitkilərinin ümumi siyahı hazırlanmamışdır. Tədqiqat işləri 2012-2019-cu illərdə aparılmışdır. Burada 72 fəsilə və 211 cinsə aid 323 yabanı qida bitkiləri qeydə alınmışdır. Növ sayı baxımından ən iri fəsilə Asteraceae (35 növ), daha sonra gələn fəsilələr Rosaceae, Apiaceae, Fabaceae, Brassicaceae, Lamiaceae, Malvaceae və Polygonaceae. Bunlardan, 29 növü ağac, 18 kol, 2 yarımkol, 1 lian, 69 birillik, 27 ikiillik və 175 çoxillik bitki növləridir. Qida bitkilərinin əksəriyyəti tədqiq olunan ərazinin şimal və şimal-şərq hissələrində daha çox rast yayılmışdır. Bundan əlavə, 52 qida bitki bütün ərazi boyunca yayılmışdır. Tədqiqat ərazisində 1 Azərbaycan endemi (Rubus buschii Grossh. Ex Sinkova), 35 Qafqazın endemi qeyd edilmişdir, 25 növ isə Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir. Qida bitki növləri yüksəklikdən asılı olaraq statistik təhlil edilmişdir və müəyyən edilmişdir ki, ən zəngin aşağı dağ qurşağından orta dağ qurşağına kimi  600 m - dən 1700 m arasında olan ərazilər növ müxtəlifliyi ilə daha da zəngindir. Bitki növlərinin ərazidə mövcud olub /olmamasına əsaslanan klaster təhlili nəticəsində 2 əsas klaster qrupu yaranmışdır.

Açar sözlər: bitkidən istifadə, floristik təhlil, statistik təhlil, təhlükələr
Ədəbiyyat

ABCDE