ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)

Plant & Fungal Research Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun beynəlxalq elmi jurnalıdır. Əvvəllər AMEA Botanika İnstitutunun Elmi Əsərləri kimi tanınırdı, 1936-cı ildən dərc olunub. Hal-hazıradək Elmi Əsərlərin 37 cildi çap olunmuşdur.

Jurnal ildə 2 dəfə çap olunur. 

Çap ödənişsizdir.

Bu jurnal botanika və mikologiyanın müxtəlif aspektlərinə aid, o cümlədən ümumi məsələlər, taksonomiya, floristika, bitkiçilik elmi, ekologiya, təkamül biologiyası, flora və bitkiçiliyin coğrafiyası və tarixi, habelə bitki və göbələklərin morfologiyası, anatomiyası, fiziologiyası, biokimyası, hüceyrə və molekulyar biologiyasının müxtəlif aspektlərinə töhfə verən məqlələri ehtiva edir.

Jurnal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 19 fevral 2019-cu il tarixində mətbu nəşrlərinin reyestrinə daxil edilmişdir.

Mətbu nəşrlərinin reyestrinə daxil edilmə nömrəsi: 4221