Bu tədqiqat işində Hindistanın cənub-qərbində dənizkanarı qum təpələrində və manqrov kolluqlarda rast gəlinən Canavalia DC. cinsinə aid otlaq paxlalılarının antioksidant və funksional xüsusiyyətlərini sənədləşdirilir. Bu paxlalı bitkilərin orqanlarında ümumi fenollar, taninlər, flavonoidlər və C vitamini kimi səciyyəvi bioloji fəal komponentlər vardır. Bu komponentlər çıxarışı xloroform ekstraktlarına nisbətən daha çox metanol ekstraktlarında müşahidə olunmuşdur. Ümumi antioksidant aktivlik metanol ekstraktı ilə müqayisədə xloroform ekstraktında daha yüksək olmuşdur, lakin sərbəst radikalların söndürmə qabiliyyətinə görə əks reaksiya müşahidə edilmişdir. C. cathartica növünü dəmir ionlarını xelatlaşdırmaq qabiliyyəti metanol ekstraktı ilə müqayisədə xloroform ekstraktında daha yüksək, C. rosea üçün isə nisbətən aşağı olmuşdur. Xloroformda DPPH-nin radikal təmizləmə aktivliyi metanol ekstraktı ilə müqayisədə daha üstün olmuşdur. Köpük tutumu və emulsiya sabitliyi bütün Canavalia spp. nümuinələrində eyni olduğu halda dənizkanarı qum təpələrindən toplanmış C. cathartica növündə ən yüksək göstərici əldə edilmişdir. Mineralların, bioaktiv komponentlərin və funksional xassələrin yüksək tərkibini nəzərə alaraq, Canavalia spp. heyvandarlıq üçün qiymətli yem kimi istifadə oluna bilər.
ABCDE