ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
Qəbələ rayonu (Azərbaycan) meşə massivlərinin floristik müxtəlifliyi və nadir növlərin populyasiyalarının vəziyyəti
Naibə P. Mehdiyeva, Nigar Mürsəl

Məqalədə Qəbələ rayonunun meşə massivlərinin tədqiq edilməsinin nəticələri əks olunmuşdur. Taksonomik analiz nəticəsində tədqiqat rayonunda 4 şöbə, 5 sinif, 29 sıra, 58 fəsilə və 161 cinsə aid 235 taksonun yayılması müəyyən edilmişdir. Bu taksonlar sırasında 17 Qafqaz və 1 Azərbaycan endemi, habelə nadir və itməkdə olan 12 növ də vardır. Həyat formaları baxımından, bu taksonların 185-i ot bitkisi, 51-i isə oduncaq və yarımoduncaq formalarına aiddir. Qəbələ rayonunun meşə massivlərində bitən növlərin ümumi sayının (235) 165 növü dərman bitkisi, 29-u qida, 52-si dekorativ, 10-u boyaq, 13-ü texniki bitki növləridir. Nadir və həssas olan Platanthera chlorantha (SP 1, SP 2), Listera ovata (SP 3, SP 4), Cephalanthera rubra (SP 5, SP 6), Dactylorhiza romana subsp. georgica (SP 7), Epipactis palustris (SP 8) taksonlarının senopopulyasiyalarının (SP) demoqrafik və ontogenetik strukturunun öyrənilməsi göstərdi ki, SP-lərin hamısı normaldır, lakin, SP 1 istisna olmaqla, senil və subsenil fərdlərin yoxluğu səbəbindən natamamdırlar. Hesablanmış Δ və ω indekslərinə əsasən, SP 1, SP 4, SP 7 – cavan, SP 2, SP 3, SP 5, SP 6 və SP 8 isə - yetişməkdə olan tiplidir. Tədqiqatın nəticələri üzrə, nadir və həssas növlərin bitdiyi yerlərin CİS xəritəsi də tərtib edilmişdir.

Açar sözlər: flora, həyat formaları, endem, nadir və həssas növlər, iqtisadi vacib bitkilər
Ədəbiyyat

ABCDE