ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
Göygöl Milli Parkı və ətraf ərazilərin makrogöbələkləri, tibbi əhəmiyyətli növlərə istinadən
Dilzarə N. Ağayeva, Elgün H. Mustafabəyli, Aytac A. Əliməmmədova, Yaqut Ə. Yusifova

Tədqiqat işinə Göygöl Milli Parkı və ətraf ərazilərdən yeni toplanılmış və herbariyə depozit olunmuş makromiset nümunələri cəlb edilmişdir. Ərazidə qeydə alınmış göbələklərin müxtəlifliyi, morfoloji yanaşmalarla araşdırılmışdır. Ümumilikdə 26 növ qeydə alınmış, təyin edilən növlər arasında Fomitopsis betulina Azərbaycan üçün yenidir. Digər növlər (Agaricus campestris, Cerioporus squamosus, C. varius, Coprinopsis atramentaria, Daedaleopsis tricolor, Fomes fomentarius, Fomitopsis pinicola, Ganoderma lucidum, Laetiporus sulphureus, Leccinellum pseudoscabrum, Peziza repanda, Polyporus tuberaster, Tarzetta catinus, Trametes hirsuta) tədqiqat ərazisi üçün yeni aşkar edilmişdir. Göbələklərin ekoloji qrupları və qida əhəmiyyəti araşdırılmışdır. Ümumilikdə 14 tibbi əhəmiyyətli növ (Cantharellus cibarius, Cerioporus squamosus, Coprinopsis atramentaria, Daedaleopsis tricolor, Fomes fomentarius, Fomitopsis betulina, F. pinicola, Ganoderma lucidum, Hymenopellis radicata, Laetiporus sulphureus, Marasmius oreades, Panellus stipticus, Psilocybe coronilla, Trametes hirsuta) müəyyən edilmişdir. Bundan başqa, onlardan beşi qida əhəmiyyətlidir. 

Açar sözlər: yayılma, ekologiya, göbələk, herbari, tibbi əhəmiyyətli göbələklər, qida xüsusiyyətləri, qorunan ərazi, taksonomiya
Ədəbiyyat

ABCDE