ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
Azərbaycan florasının bəzi nadir və endem növlərinin antimikrob fəallığı və fitosenotik xüsusiyyətləri
Naibə P. Mehdiyeva, Emil Q. Civişov, Sevda A. Muradova, Xatirə H. Qasımova, Emin K. Hüsüyev, Niyar İ. İsrafilova

Məqalədə Azərbaycan florasına aid və əvvəllər öyrənilməmiş 6 nadir və endemik növün (Alcea kusariensis, Cladochaeta candidissima, Sedum caucasicum, Iris reticulata, Platanus orientalis və Zelkova carpinifolia) metanol ekstraktlarının antimikrob fəallıqının tədqiq edilməsinin nəticələri əks olunmuşdur. Test-kultur qismində normal insan mikroflorasının tərkibinə daxil olan və şərti-patogen hesab edilən Escherichia coli, Pseudomonas aeruginosa, Klebsiella pneumoniae, Staphylococcus aureus, Bacillus anthracoidesCandida albicans ştammları götürülmüşdür. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, həm bütöv bitkilərdən, həm də onların müxtəlif orqanlarından alınmış metanol ekstraktlar, həm ayrı-ayrılıqda, həm də bir-biri ilə müxtəlif birləşmədə kifayət qədər fəal antimikrob xüsusiyyət nümayiş etdirirlər. Bununla yanaşı, göstərilən növlərin yayılma yrlərinin fitosenozları öyrənilərək təsvir edilmiş və müvafiq  CİS xəritəsi tərtib olunmuşdur.

Açar sözlər: bioloji fəallıq, flora, dərman bitkiləri, mikroorqanizmlər, bitki ekstraktları, fitosenoz
Ədəbiyyat

ABCDE