Məqalədə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu yaxınlığında toplanmış Zosima absinthifolia Link. növünün efir yağının komponent tərkibi verilmişdir. Zosima Hoffm. cinsi Apiaceae Lindl. fəsiləsinə aid olub, Azərbaycanda 1 növlə təmsil olunur. Tədqiqat üçün bitki xammalı çiçəkləmə fazasında yığılmışdır. Efir yağı bitkinin havada qurudulmuş və xırda-xırda doğranmış yarpaq və gövdələrindən hidrodistilliasiya metodu ilə alınmışdır. Efir yağının çıxımı 0.7±0.15% təşkil edir. Alınmış efir yağının komponent tərkibi Qaz-Xromato-Mass-spektrometriya metodu ilə müəyyən edilmişdir. Ümumilikdə xromatoqrafik analiz zamanı efir yağının 97.88%-ni təşkil edən 50 maddə identifikasiya olunmuşdur. Efir yağının əsas komponentləri oktil asetat (44.76%), tsiklopropan, pentil-(13.88%), butanoik turşusunun oktil efiri (9.47%) olmuşdur. Digər komponentlərin miqdarı isə 5.5%-dən azdır. Z. absinthifolia yarpaq və gövdələrinin efir yağının tərkibində həmçinin terpen təbiətli maddələrmono-, seskviterpenlər və onların törəmələri də aşkar edilmişdir. Qeyd edək ki, seskviterpenlərin faizlə miqdarı (18.7%) monoterpenlərin miqdarından (0.95%) çoxdur.
ABCDE