Hazırkı kermes palıd cinsi kompleksi qədim nəslin nümayəndəsidir. O, Aralıq dənizi ərazisində müasir Aralıq dənizi iqlimi formalaşmazdan çox öncə koloniyalaşmışdır. Ilex qrupunun ən çox yayılmış növü Quercus coccifera (= Q. calliprinos) bütün Aralıq dənizi bölgəsində rast gəlinir. Bu bölgənin iqlimi Q. cocciferanın indiki vəziyyətini başa düşmək üçün əsas ola bilər. Qərbi və şərqi Q. coccifera qruplarının müasir iqlim şəraitinə uyğunlaşmaları çox fərqlidir, belə ki, Aralıq dənizinin qərbində yayılma sahil zonası və aşağı rütubət ilə və yaxud mövsümü quraqlıq və subrütubət zonası ilə məhdudlaşır. Bütün Aralıq dənizi hövzəsi üçün gələcək bütün senarilər orta temperaturun artmasına və illik yağıntıların əhəmiyyətli dərəcədə azalmasına işarə edir ki, bu da bu növ üçün problemlər yarada bilər.
ABCDE