ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
GANODERMA NÖVLƏRİNİN BİOKÜTLƏSİNİN TOXUM CÜCƏRMƏSİNƏ TƏSİRİ VƏ CUCUMIS SATIVUS L. FİDAN BÖYÜMƏSİ
Danylo O. Boromenskyi, Galeb A. Əl-Maali, Nina A. Bisko

Ganoderma növlərinin (9 ştammdan ibarət 6 növ) biokütləsinin Cucumis sativus (xiyar) toxumlarının cücərməsinə, kök və çüçərtilərin böyüməsinə allelopatik təsiri sendviç metodundan istifadə edərək müəyyən olunmuşdur. Tədqiq edilmiş ştammlardan bəzilərinin biokütləsi allelopatik aktivliyə malikdir. Kontrolla müqayisədə, Ganoderma resinaceum 2477 və Ganoderma lucidum 1904 miselisi Cucumis sativus bitkisinin inkişafını 61% yubadır, Ganoderma sinense 2516, Ganoderma tsugae 2024 və Ganoderma carnosum 2502 miselisi isə çücərtilərin orta uzunluğunu 35.7-42.9% artmışdır. Bu nəticələr göstərir ki, Ganoderma növlərinin xiyar bitkisinin böyüməsinə tənzimləyici təsir göstərir.

 

 

Açar sözlər: allelopatiya effekti, bitki böyüməsi, sendviç-metod
Ədəbiyyat

ABCDE