ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
AZƏRBAYCANDA DIOSPYROS LOTUS (EBENACEAE) NADİR BİTKİ NÖVÜNÜN TOXUMLARININ MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ
Aida Q. İbrahimova, Xatirə H. Qasımova, Elinor Breman, Aişa Faruk Ian Villey, Validə М. Əli-zadə

Bitkilər qidanın əsas mənbələrindən biri hesab edilir, eyni zamanda insan sağlamlığını qorumaq üçün bioaktiv birləşmələr ilə də zəngindir. Diospyros lotus L. qida kimi istifadə olunan meyvələri və qiymətli oduncağı ilə iqtisadi cəhətdən əhəmiyyətli bir növdür. Bitkinin yarpaqları, meyvələri və toxumları xalq təbabətində istifadə olunur. Tədqiqatın əsas məqsədi 2016, 2018 və 2020-ci illərdə Azərbaycanın şimal-qərbində və cənub-şərqində təbii yayılma arealında toplanan D. lotus növünün toxumlarının morfoloji xüsusiyyətlərinin öyrənilməsi olmuşdur. Toxumun tədqiqi üçün onun morfoloji xüsusiyyət kimi beş əlamətini qeyd etmişik: toxum uzunluğu, toxum eni, toxum sahəsi, toxum minimum eni və toxum perimetri. Nəticələr göstərdi ki, tədqiq olunan toxumların böyük faizi toxumun uzunluğu, eni və sahə nisbətləri 9.26-11.65 x 5.05-6.44 x 42.00-63.81 mm olan orta ölçüyə malikdir. Meyvələrinin ölçüsünün dəyişkənliyi isə 2.2 sm-dən 0.97 sm-ə qədər müəyyən edilmişdir. Bundan əlavə, D. lotus, təbii yaşayış mühiti daxilində ölkədə nəsli kəsilməkdə olan bir növdür və Azərbaycanın Qırmızı Kitabına daxil edilmişdir. Bu növün populyasiyasının həm regional, həm də dünya miqyasında təbii yayılma sahəsindəki azalmasını nəzə-rə alaraq, bu cür tədqiqatların aparılması vacibdir. To-xumların morfoloji dəyişkənliyi və fərqliliyi onların cücərmə qabiliyyətinə də birbaşa təsir göstərə bilər ki, bu da növün qorunması üçün çox vacibdir. Aparılmış tədqiqat taksonomik əlaqələrin təhlili, filogeniyasını və statusunu dəqiqləşdirmək üçün əhəmiyyətli məlumatlar verə bilər. 

Açar sözlər: adi xurma, meyvə çəkisi, Lənkəran, Qax, toxum forması, yabanı növ
DOI:
Ədəbiyyat

ABCDE