Bitkilərin həyat formaları onların ətraf mühit şəraitinə uyğunlaşmasını əks etdirir və oxşar uyğunlaşma əlamətləri olan bitki qruplarını xarakterizə edən ekoloji təsnifat vahidləridir. Regional floranın və onun floristik komplekslərinin öyrənilməsi bitkilərin həyat formalarının, rütubətə və işığa olan tələbatına görə təhlili olmadan tam ola bilməz və bu həm nəzəri, həm də praktik məsələlərin həlli üçün vacibdir. 2012-2019-cu illər ərzində Abşeron yarımadası tərəfimizdən təqiq olunur. Burada 83 fəsilə, 430 cins və 890 növ olduğu müəyyənləşdirilmişdir. Həyat formalarının təhlili polikarp ot bitkilərinin və hemikriptofitlərin üstünlük təşkil etdiyini göstərdi. Floranın fəsilə tərkibi və terofitlərin spektri əsasən ümumi spektrlə üst-üstə düşür, buna görə də Abşeron yarımadasının florası yalnız kəmiyyət baxımından deyil, həm də keyfiyyətcə terofit florası adlandırıla bilər. İlk baxışdan bu gözlənilməz olsa da, Abşeron yarımadasının florasında rütubətə təlabat baxımından daha çox təmsil olunan ekoloji qrup mezofitlərdir. Abşeronun florasında işığa münasibətinə təlabata görə bitkilərin üç qrupunu fərqləndirilmişdir: heliofitlər, stilofitlər, hemiheliofitlər. Bunlardan heliofitlər florada dominant rol oynayır.
ABCDE