ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
MEŞƏ EKOSİTEMİNİN DAVAMLIĞININ İDARƏ EDİLMƏSİNDƏ QUERCUS MACRANTHERA FISCH. ET C.A.MEY. AĞAC BİTKİSİNİN İSTİFADƏ EDİLMƏ İMKANLARININ TƏDQİQİ
Afət O. Məmmədova, Roza N. Məmmədova

Tədqiqatın əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən Xızıda əraf mühitin idarə edilməsi üçün təbii meşə komplekslərinin ekoloji vəziyyətinin kompleks qiymətləndirilməsi olmuşdur. Xızı rayo-nunda antropogen təsirin müxtəlif səviyyələrinə malik iki sınaq sahəsi seçilmişdir. Sahələrdən biri Altıağac Dövlət Təbiət Qoruğunun mühafizə olunan ərazisində, digəri isə Qızılqazmada yolkənarı zolaqda yerləşirdi. Bu sınaq sahələrində meşə ekosistemlərinin ekoloji vəziyyəti dominant olan ağac Quercus macranthera Fisch. et C.A.Mey. növünün ontogenezində fərdi inkişaf sabitliyinin pozulma dərəcəsinin müqayisəli təhlili yolu ilə araşdırılmışdır. Bu tədqiqat ərazisində fərdlərin inkişafının davamlılığının dərəcəsi morfoloji xüsusiyyətlərin fluktuasiya asimmetriya göstəricilərinin səviyyəsinə görə qiymətləndirilmişdir. Sınaq meydan-çalarından götürülmüş torpaq nümunələrinin mineral tərkibinin identifikasiyası rentgenoqrafiya üsulu ilə aparılmışdır. Palıdın akkumulyativ xüsusiyyətləri yar-paq və torpaq nümunələrinin element təhlili metodu ilə tədqiq edilmişdir. Tədqiqatın nəticələrinə görə Q. macranthera bitkisinin yarpaqlarının fluktuasiya asimmetriyası Xızı rayonunun meşə ekosistemlərinin ekoloji vəziyyətinin effektiv göstəricisi kimi istifadə edilə bilər. Ancaq element analizinin nəticələri göstərir ki, ətraf mühitin keyfiyyətinin monitorinqi zamanı Q. macranthera yarpaqlarının elementlərin akkumulyasiya etmək xüsusiyyətini bir göstərici kimi istifadə etmək məqsədəuyğun deyil.

Açar sözlər: element analizi, fluktuasiya asimmetriyası, fərdi stabil inkişaf, inteqral qiymətləndirmə, Xızı
Ədəbiyyat

ABCDE