ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
AZƏRBAYCANIN SAMUR-YALAMA MİLLİ PARKINDA YARPAĞIN XLOROFİL TƏRKİBİNƏ GÖRƏ MEŞƏ MƏHSULDARLIĞININ QİYMƏTLƏNDİRİLMƏSİ
Yusif T. Abiyev, Vahid S. Fərzəliyev, Fərid S. Seyfullayev

Azərbaycanda meşələrin əksəriyyəti dağ ekosistem-lərində yerləşir və düzən meşələr çox kiçik ərazini əhatə edir. Düzənliklərin biomüxtəlifliyi son 100 ildə ciddi təhlükələrlə üz-üzə qalmışdır. Burada insan fəaliyyətinin təsiri nəticəsində ilkin meşəliklər böyük dəyişikliyə uğramışdır. Bu baxımdan Samur-Yalama Milli Parkının meşələrinin hərtərəfli öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. İlkin olaraq bitki örtüyünün dəyişməsini öyrənmək məqsədəuyğundur, belə ki, bu da sonradan stresli sahələrin yaranma səbəblərini araşdırmağa imkan verəcəkdir. Adətən bitki örtüyünün xlorofil tərkibinin dəyişməsi ilə sağlamlığı, sıxlığı, stresi və fotosintetik proseslər arasında yüksək korrelyasiya var. Xlorofilin tərkibi “Xlorofil İndeksi yaşıl” alqoritmi istifadə edilərək öyrənilmişdir. 1989-2019-cu illər arasında ABŞ-ın Landsat 5 TM və 8 OLI proqramından multispektral görüntülər əldə edilmişdir. Xlorofil tərkibinin ən yaxşı göstəriciləri iyun ayında müşahidə olunur. 30 il ərzində yüksək xlorofil tərkibli (3 indeksi üzrə) meşə örtüyünün sıxlığı 765 ha-dan sıfra enmişdir. Ümumiyyətlə, meşə örtüyünün sıxlığında təxminən 12% azalma var. Əkinçilik sahələrində azalma (0 indeksi) müşahidə olunur ki, bu da son illərdə marağın bağçılığa sürətlə yönəlməsi və meşə əkinlərinin artması ilə əlaqədardır.

Açar sözlər: dəyişmə dərəcəsi, Xlorofil indeksi, Landsat, məsafədən zondlama, bitki örtüyü
Ədəbiyyat

ABCDE