Son taksonomik və nomenklatur dəyişikliklər nəzərə alınmaqla Azərbaycanın Şəki rayonunda Ascomycota (Pezizales) və Basidiomycota (Agaricales, Boletales, Cantharellales, Gomphales, Russulales, Thelephorales) şöbələrinin 13 fəsilə, 27 cinsinə aid 59 papaqlı göbələk taksonu (55 növ, üç forma, bir variasiya) qeydə alınmışdır. Tədqiqat ərazisində Boletus, Lactarius və Russula cinsləri növ sayına görə dominantlıq edirlər. Mikorizalı göbələklərin hündürlükdən asılı olaraq yayılması, mövsümi rast gəlməsi taksonomik strukturu təhlil olunmuşdur. Amanita crocea (Quél) Singer, Lactarius citriolens Pouzar və L. pyrogalus (Bull.) Fr. Azərbaycan üçün yeni növlərdir.
ABCDE