Benzotiadiazol (BTH) və xitosan (CHT) bitkilərin müxtəlif növ patogenlərə qarşı müdafiə mexanizmlərini aktivləşdirən aqrokimyəvi maddələr sinfinə aiddir. Məqalədə onların dünyada ən geniş yayılmış və üzüm-lükər üçün təhlükəli olan yalançı unlu şeh xəstəliyinə qarşı effektivliyi qiymətləndirilmişdir. Şimali İtaliyanın yerli sortu olan Groppello üzümlüyündə açıq sahədə iki ardıcıl fitoiatrik tədbir keçirilmişdir. Hər iki ildə BTH və CHT-nin aktiv olması müəyyən edilmiş və nəzarət sahələrində qeydə alınanlarla müqayisədə əhəmiyyətli dərəcədə aşağı xəstəlik faizi və xəstəlik dərəcəsi ilə nəticələnmişdir. Xüsusilə, CHT-mis birləşməsi ətraf mühit şəraitindən və xəstəlik təzyiqindən asılı olaraq infeksiya simptomlarını 60%-dan 90%-dək azalda bilib. Nəticələrimiz göstərdi ki, effektivliyinə, ətraf mühitə təsirlərinin az olmasına və az məsrəf tələb etdiyinə görə müdafiə induktorları bitkilərin mühafizəsində zərərvericilərin inteqrasiya olunmuş idarəetməsinin tərkib hissəsi kimi uğurla tətbiq edilə bilər.
ABCDE